UŞAĞIN ÜZÜNDƏKİ TƏHLÜKƏ! - Hansı uşaqlar “canım sıxılır” deyir?


Uşaq, mobil telefon və virtual aləm...

usagin-uzundeki-tehluke
06.08.2020 21:40 3 dəq oxuma

Davamlı olaraq kompüter, internet və mobil telefonla məşğul olan uşaqların göz, ağız və yanaq əzələlərində anormal gərginlik müşahidə edilir. Ana və atalar diqqətli olmalıdır!

Aparılan araşdırmalarda daha çox texnoloji vasitələrlə məşğul olan uşaqların fiziki görünüşündə dəyişiklik aşkar edilib. Uşaq diqqətini oyuna kökləyərkən hərəkət etməyən böyük əzələlər uzun müddət eyni duruş pozisiyasını sərgiləyərək anormal görünüş alır. Davamlı olaraq eyni pozisiyada qalmaq əzələlərin inkişafını ləngidir. Lakin texnoloji cihazlar sadəcə böyük əzələlərin inkişafını ləngitmir, eyni zamanda uşağın üz əzələlərində də gərginləşməyə səbəb olur. Bir neçə saat oyun oynamaqla olmasa da belə, illərlə ekran qarşısında televizor seyr edən uşaqlarda ağzı açıqlıq, şişman göz, hissizlik və mənasız mimikalar müşahidə edilir.

- Uşaq ekran qarşısında daim passiv qalır, həmin vəziyyətdə televizoru seyr edərək çənə əzələlərini istifadə etmədiyi üçün bu hal “ağzı açıq” görünüşü yaradır.

- Televizoru seyr edərkən ekranın içindəki həyəcanı olduğu kimi yaşamaq məcburiyyətində qalan uşaqlarda həyəcanlı “şişman gözlər” görünüşü olur.

- Tablet və telefonlardakı oyunlarda duyğusal təsir olmadığı, oyun ilə oyunçu arasında his-duyğu alışverişi yaşanmadığı üçün saatlarla duyğu və hisslərindən istifadə etməyən uşaqlarda “hissiyyatsızlıq” müşahidə edilir.

- Bununla yanaşı, uşağın saatlarla ekran qarşısında hiss və duyğu ifadə etməyən duruşu üz əzələlərinə də zərər verir. Ekran qarşısında uzun müddət vaxt keçirən uşaqların mimkalarından yararlanmaması onların üzündə mənasız mimikaların meydana gəlməsinə yol açır.

Uşağınız davamlı “canım sıxılır” deyirsə...

Bu uşaqları hansı problemlər gözləyir?

Müasir texnologiyadan həddən çox istifadə edən uşaqları gözləyən ən vacib problem gerçək həyatdan sıxılmalarıdır. Uşaq virtual dünyaya uyğunlaşdıqca, gerçək dünya ilə olan əlaqəsi zəifləyir. Virtual dünyada bir barmaq hərəkətiylə bir çox şey edə bildiyi halda, gerçək həyatda bir işi görə bilmək üçün bir çox hərəkət etməsinə ehtiyac olur. Hətta virtual mühitə uyğunlaşan bir çox uşaq üçün yemək yemək olduqca çətin bir işdir. Süfrəyə oturmaq, kimisə gözləmək, qaşıq-çəngəl götürərək yemək yemək onlara cansıxıcı gəlir. Gerçək həyatdakı impuls nisbəti virtual yaşamdan daha az olduğu üçün uşaq vərdiş olduğu impuls mühitini gerçək həyatda tapa bilmədiyi qədər sıxılıb daralır. Uşaqların “canım sıxılır” söyləmələrinin kökündə uşağın virtual aləmdən gerçək həyat arasındakı keçidi tam gerçəkləşdirə bilməməsinə dayanır.

Virtual aləmə vərdiş olan uşaqların əksəriyyətində “xəyali dost” anlayışı müşahidə edilir. Uşaq oyun zamanı yaşadığı atmosferdən çıxa bilmədiyi üçün oyunun fiqur və xarakterlərini gerçək həyata da daşıyır. Belə uşaqlar evin bir küncündə öz-özünə danışır, olmayan insanlarla əlaqə qururlar. Bədənləri gerçək həyatda olsa da, sanki başqa bir yerdə kimləsə yaşadıqları kimi davrandıqları müşahidə edilir.

Texnoloji cihazlar bu günümüzün gerçəyidir. Ancaq lazım olan qədər istifadə olunarsa, uşağa faydası olar. Lazım olandan daha çox istifadə edildikdə texnologiya həm uşağın özünə, həm də ailənin bütün üzvlərinə ziyandır.

Pedaqoq Adəm Günəşdən ana-atalara məsləhət...

Yay tətilində ana-atalar uşaqlarını texnoloji vasitələrdən uzaq tutmaq üçün onlara dərs etdirməyi problemdən çıxış yolu kimi görür. Halbuki yay fəslində uşağın dincəlməyə, əylənməyə, məktəb və dərs mühitindən uzaq qalmağa ehtiyacı var. Çünki yay tətili uşağın məktəbdəki atmosferi davam etməsi deyil. Uşağın yay tətili özünü azad hiss etdiyi bir mühitə çevrilməlidir. Yay tətilində valideynlər uşaqlarını daha çox təbiət qoynuna çıxartmalı və insanlarla əlaqə qurmalarına şərait yaratmalıdırlar.

Firuzə Alimova / TurpKimi.com