Övladını ət yeməyə məcbur edənlər üçün həkim məsləhəti...
"İnsan otyeyən heyvanların ətini yeyir. Çünki ot yediyi üçün onların əti daha az zərərli hesab olunur. Yəni ki, ət yeyənin əti otyeyənin ətindən daha çox toksik maddələrlə zəngin olur. Amma bu o demək deyil ki, otyeyənin (inək, qoyun, keçi) ətinin tərkibi sadəcə faydalı maddələrdən ibarətdir".
TurpKimi.com bildirir ki, bu fikirləri tanınmış pediatr Aytən İsmayılzadə feysbuk səhifəsində paylaşıb. O, qeyd edib ki, dəmir defisitini elə ən çox ət yeyən uşaqlarda görür.
"Biz insanların bədənində necə ki toksinlər olur, bütün heyvanların da bədənində toksin çox olur. Ət yeyən insanlarda bu toksin daha çox olur, eləcə də insanda. Ət yemək istəyi zehinlə bağlıdır. Bədən tələb etmir əslində. Uşaqlarda isə hələ ki bu tələbkar zehin formalaşmadığı üçün onları məcbur etməməliyik. Və yaxud "uşağım ət yemir" deyib bunu faciəyə çevirməməliyik.
Necə ki, bizim bədənimizdəki toksinlər böyrəklər, dəri, bağırsaqlar, tər vəziləri ilə çıxır, eləcə də heyvanlarda da bu hadisə baş verir. Amma biz heyvan kəsiləndə onun bədənində dayanan toksinləri unuduruq. Yəni qan dövranı dayanan kimi onlar da harda idisə orda da qalır - hüceyrə içində. Bu baxımdan qaraciyər, böyrək yemək heç məsləhət deyil. Bizim normal fiziologiya üzrə çox dəyərli bir müəllimimiz vardı, Zakir müəllim. O həmişə qeyd edirdi ki, qaraciyər laboratoriyadır. Təsəvvür edin ki, hansısa laboratoriyadakı kolbaların içindəkilərini mədəmizə boşaldırıq.
Mən pediatr kimi çalışdığım dövrdə hələ ki ət yemədiyi üçün dəmiri, ferritini aşağı olan uşaq görmədim. Əksinə elə hər gün ət yeyən uşaqlarda defisit gördüm. Bu o deməkdir ki, ətin həzm olunması daha vacibdir, nəinki onun yeyilməsi.
Ətin qoxusunu istəməyən, onu çeynəmək istəməyən uşaqlarda bu tam normaldır. Ət zülal mənbəyidir. Təbii ki, zülal mənbəyi təkcə ət deyil. Ət xeyli qaynama tələb etdiyi üçün orda zatən vitamin qalmır. Onun yerinə yumurta, pendir, kəsmik, qoz, noxud, lobya, mərci yeyə bilər. Yenə də yemir deyirsinizsə, onları da nəyinsə tərkibində vermək olar. Məsələn, yumurta, kəsmik ilə blinçiklər bişirib verə bilərsiniz. Sıyıqlara qoz, badam qata bilərsiniz. Noxud, mərci, lobyanı peraşkilərin içində əzmə şəkiındə verə bilərsiniz. Noxudu qaynadıb suyunu şorbalara əlavə edin.
Bitki zülallarının yaxşı sorulmaması fikri doğru deyil və bu, ət məhsullarını önə çıxarmaq uçun olan yanlışlardandır".
Firuzə Alimova / TURPKİMİ.COM