Dərs yükü ilə yükləmək olmaz...
"Yeniyetmənin təhsil prosesinə daha tez qoşulması üçün valideynlər ona gündəlik işini müstəqil şəkildə planlaşdırmaq imkanı verməlidirlər: ev tapşırıqlarını yerinə yetirmək, dərnəklərdə iştirak etmək və istirahət etmək üçün vaxt seçimi..."
TurpKimi.com xəbər verir ki, bunu psixoloq Anastasiya Ekuşevskaya “Gazeta.ru” ilə söhbətində məsləhət görüb. Mütəxəssis vurğulayıb ki, yalnız uşaq hansısa məsələni təkbaşına həll edə bilməyəndə böyüklər köməyə can atmalıdır.
Psixoloq tövsiyə edib ki, ilk aylarda uşağı həddən artıq yükləməyə ehtiyac yoxdur - repetitorla dərslər yerinə daha rahat formatları, məsələn, vebinarları seçmək daha yaxşıdır. Yeniyetmələr özlərini və uğurlarını tənqid edə bilərlər. Bu baxımdan özlərinə inamını artırmaq və kiçik nailiyyətlərə görə də valideynlərin övladlarını tərifləmələri vacibdir.
Lakin ibtidai sinif şagirdlərinə rəhbərlik etmək vacibdir. Onlar hələ vaxtı ağılla idarə edə bilmirlər, ona görə də onlara qrafikə uyğun yaşamaq daha asan olacaq. Valideynlər izah etməlidirlər ki, dərs ili başlayıb, ona görə də indi məhdudiyyətlər və qrafiklər var. Ekuşevskaya hesab edir ki, oyun və yaradıcı formatlar əlavə etməklə ibtidai məktəb şagirdinin gündəlik həyatını rəngləndirməyə dəyər.
Psixoloq onu daurğulayıb ki, adaptasiya üç aya qədər davam edə bilər. Xüsusən də yay aylarında uşaqlar heç bir təhsil fəaliyyəti ilə məşğul olmurlar. Rejimin dəyişməsi və yükün artması səbəbindənbir sıra çətinliklər yaranır. Odur ki, orta məktəb şagirdləri ilk aylarda psixoloji çətinliklər yaşaya bilirlər.
Firuzə Alimova / TurpKimi.com