İsti yay günlərində sərin və ləzzətli tort yeməyi kim istəməz ki?
TurpKimi.com uşaq peçenyəsindən asan hazırlanan, sizə heç də əziyyət verməyəcək, çay süfrənizə rəng qatacaq tort reseptini sizlərlə bölüşür:
Ərzaqlar:
2 paket krem şanti
2 su stəkanı soyuq süd
24 ədəd körpə peçenyəsi
Yarım su stəkanı qovrulmuş və xırdalanmış fındıq ləpəsi
1 paket vanilin (istəyə bağlı)
Hazırlanma qaydası:
Geniş və dərin bir qabda krem şanti və soyuq südü qatılaşana qədər yaxşıca çırpın.
İstəyə bağlı olaraq vanilin əlavə edərək çırpmağa davam edin.
Peçenyələri xırdalayın və qovurduğunuz fındıqları əlavə edərək qarışdırın. Fındıq qovrulmuş olsa belə yenə qovurun, bu şəkildə torta xüsusi aroma qatacaqsınız.
Keks qəlibini streçlə örtün. Hazırladığınız qarışığı qəlibə tökün və spatulanın köməyi ilə düzəldin. Üzərini streçlə örtün və soyuducuda ən azı 4-5 saat və ya bir gecə saxlayın.
Sonra soyuducudan çıxardın, təxminən 10 dəqiqə otaq temperaturunda gözlədin. Dilimlədikdən sonra istəyə bağlı olaraq şokolad sousu və təzə meyvələrlə bəzəyə bilərsiniz.
Artıq tortunuz çay süfrəniz üçün hazırdır!
Sevdiklərinizlə çay süfrənizi paylaşmağı unutmayın!
Nuş olsun!
Vüsalə Əlövsətqızı, TurpKimi.com