Uşaqlar arasında boğmaq halları artıb - “Huggy Wuggy” xarakterinin mənfi təsiri


Uşaqlar qorxsalar da niyə oynamaq istəyirlər?

usaqlar-arasinda-bogmaq-hallari-artib
26.10.2022 00:31 2 dəq oxuma

Yumşaq, lakin qorxunc görüntülü “Huggy Wuggy” oyuncağı məktəbəqədər və ibtidai sinif uşaqlarının psixologiyasını pozur.

TurpKimi.com Türkiyə mediasına istinadla bildirir ki, mütəxəssislər “Mavi balina” və “Momo” oyunlarından sonra bu dəfə “Huggy Wuggy” oyunu ilə bağlı xəbərdarlıq siqnalları verməyə başlayıb. Bildirilir ki, “Huggy Wuggy”  oyunu və oyuncağı uşaqlar üçün təhlükəlidir, uşaqların pxisologiyasını alt-üst edir.

Belə ki, mütəxəssislər müəllim və valideynlərdən məktəblərdə uşaqlar arasında tez-tez boğaz sıxma, boğmaq kimi davranışlara rast gəldiklərinə dair şikayətlər aldıqlarını qeyd ediblər. Artıq bu oyuncağın uşaqlar tərəfindən məktəbə gətirilməməsi haqda çağırış da edilib.

“Huggy Wuggy”  xarakteri insanları, xüsusilə də uşaqları boğazından sıxaraq və ya kəsərək öldürür. Bu görüntülərin uşaqlar tərəfindən izlənilməsi üçün internet şəbəkələrdə kifayət qədər müxtəlif videolar var.

UŞAQLARI TƏHDİD EDİR!

5 yaşlı uşaq bu oyunu oynadıqdan sonra anası “oğlum gecələr tək yata bilmir, davamlı ağlayır. Onun videolarından həm qorxur, həm də baxmadan dayana bilmir” kimi fikirlər səsləndirib.

Bəli, uşaqlar qorxsalar belə oyunu oynamağa davam edirlər. Çünki qorxu hormonu bədəndə endorfin, serotonin və dram ifraz etdiyi üçün bəzi uşaqlar qorxu hissini sevirlər. Qorxu və gərginliyin arxasında duran psixologiyaya görə uşaqlar valideynlərinə “Huggy Wuggy” oyuncağını aldırırlar.

Bu oyunda uşaqlara canavarla qarşılaşacaqları göstərilir. Hər dəfə öhdəsindən gəldikdə uşaqlar oyuna davam etmək istəyir. Oyunda verilən tapşırıqlar tamamlandıqdan sonra, əsil dəhşət başlayır. Belə ki, “Huggy Wuggy”dən qaçmaq lazımdır, yoxsa qanlı olmayan bir ölüm gerçəkləşir.

Odur ki, mütəxəssislər nəinki oyundan uzaq durmağı, hətta bu oyuncağın evdə olmaması barədə ciddi xəbərdarlıq edir. Çünki oyuncağın belə uşaqların psixologiyasına mənfi təsir etdiyi bildirilir.

Firuzə Alimova / TurpKimi.com