Heç bilirdiniz ki, körpələrin diz qapağı olmur?
Uşaqlarla bağlı yazdığımız məlumatlar haqqında daha əvvəl haradasa oxumadığınızdan əminik.
TurpKimi.com oxuduqca sizi təəccübləndirəcək maraqlı məlumatları təqdim edir:
1 – Uşaqlar 4 aylıq olana qədər duzun dadını bilmirlər. Buna səbəb həmin dövrdə yenicə işləməyə başlayan böyrəklərin inkişafıyla bağlıdır.
2 – Yeni doğulan körpənin bədənində təqribən bir stəkana yaxın qan olur.
3 – Yetkin insanda 206 ədəd sümük var. Uşaqlar doğulanda sümüklərin sayı 300 ədəd olur. Böyüdükcə sümüklər birləşərək yetkin insanlardakı kimi 206 olur.
4 – Körpə uşaqlar nəyəsə etiyac duyanda ya inildəyir, ya da qışqırır, ancaq ağlamazlar. Çünki ilk 3 həftə ərzində gözyaşı olmur. Gözyaşı kanalları hələ tam olaraq inkişaf etmir. Lakin gözlərini sağlam tutacaq qədər nəmlik olar. Yalnız bir neçə həftədən sonra göz yaşı axıtmağa başlayarlar.
5 – Körpələr dünyaya gələrkən diz qapaqları olmur. Diz qapaqları 6 aya qədər inkişaf etməz.
6 – Daxili qulaq hələ doğulmamışdan əvvəl uşaqlarda inkişaf edən ilk duyğu orqanıdır. Artıq hamiləliyin ortalarında yetkin insandakı qədər inkişaf edir.
7 – Yeni doğulan uşaq təqribən 20 dəqiqədən bir sidiyə çıxır. 6 aylıq olanda isə hər saatda bir kiçik bayıra çıxır.
8 – İnsan balaları valideynlərinə gülümsəyən yeganə primat növüdür.
9 – Körpələr ana bətnində olarkən ananın hormonlarını alırlar. Ona görə də doğuşda sonra bədənlərində bir qədər esterogen olur. Hətta qız uşaqları bir az süd verər və mini aybaşı təcrübəsi də yaşayarlar. Bəzən məmə uclarından qan da sızar. Dəhşətvericidir, amma gerçəkdir.
10 – Dünyada ən çox doğuş edən qadının uşaqlarının sayı 69-dur. 1725-1765-ci illərdə yaşayan rus kəndli qadının 16 əkiz, 7 üçəm və 4 dördüz uşaqları dünyaya gəlib.
11 – Bir uşaqda təqribən 30 min dadalma cisimciyi olur. Bunlar təkcə dilin üzərində deyil, ağzın yanlarında, arxasında və yuxarı hissəsindədir.
12 – Hər il ABŞ-da 4 milyona yaxın uşaq doğulur.
13 – Körpələrin 80 faizi özünəməxsus doğuş ləkəsiylə dünyaya gəlir.
14 – Körpə doğum zamanı anasının qoxusunu və səsini tanıya bilir. Anası ilə digər insanlar arasındakı fərqi bir neçə həftəyə hiss edə bilir.
15 – Yeni doğulan körpənin tutuşu o qədər güclüdür ki, təkcə barmaqları ilə bütün bədənini havada saxlaya bilər.
16 – Yeni doğulan körpələr üz cizgilərinə baxmağı, xüsusən də qəmgin, kefsiz simaya deyil, gülümsəyən üzlərə baxmağı sevirlər.
17 – Uşaqlar 7-ci aya qədər eyni anda nəfəs alıb uda bilirlər.
18 – 5 yaşlı Perulu qız uşağı Lina Medina dünyada doğum edən ilk gənc anadır. 1939-cu ildə oğlan uşağı dünyaya gətirib.
19 – Bir uşağım doğum zamanı sağ qalma ehtimalının ən yüksək olduğu yaş ananın 22 yaşında olmasıdır. İnsanlarda 22 yaş “doğuma hazır yaş” olaraq dəyərləndirilir.
20 – Həyatda qalan ən balaca körpə 240 qram olub.
21 – Adətən oğlan uşaqları qız uşaqlarından daha ağır doğulur.
22 – Yeni doğulan körpənin beyni bütün bədən ağırlığının 10 faizi qədərdir. Yetkin insanlarda bu nisbət 2 faizdir. 1 yaşında beynin ağırlığı 2,5 dəfə artar və 5-ci ilin sonunda 3 dəfə böyüyər.
23 – Uşaqlar təbii üzmə qabiliyyətləri ilə dünyaya gələr və nəfəslərini tuta bilirlər. Ancaq bu qabiliyyət dərhal yox olur.
24 – Görmə yeni doğulan uşaqlarda ən son inkişaf edən duyğu orqanıdır. Yeni doğulanlar ən yaxşı 20 sm uzaqlığı görə bilirlər. 3-cü aya gəldikdə isə ətrafdakıları görürlər. Uşaqlar rəng tonlarını ayırd etməkdə də çətinlik çəkirlər.
25 – Orta əsrlərdə Avropada keyfiyyətsiz ana südündən yaramaz uşaqların böyüdüyünü düşünürdülər.
26 – Bir uşaq ildə təqribən 2700 pampers istifadə edir.
27 – Körpələr kişi səsindən çox qadın səsi eşitməyi sevirlər. Ona görə də insanlar uşaqlarla danışarkən səslərini incəldirlər.
28 – Psixoloqlar uşaqların 1 yaşına qədər özünəməxsus özəlliklərinin inkişaf etdiyinə inanırlar.
29 – Orta əsrlərdə Avropada körpələr əski parçasıyla sıx bələnirdilər. Bu üsulla uşağın əl, qol və ayaqlarının düz olacağına inanılırdı.
30 – Aparılan araşdırmalara görə, uşağa qoyulan ad onun gələcək həyatına təsir edir. Məsələn, qadına bənzəyən ad gələcəkdə yeni doğulan oğlan uşağının hərəkətlərində biruzə verir.
31 – Araşdırmaya görə, uşaqlar dünyaya gələndən sonra 4 aya qədər ana bətnində eşitdikləri musiqiləri tanıya bilirlər. Hətta hamiləykən dinlədiyiniz musiqilər uşağı sakitləşdirə bilir.
32 – Araşdırmalar sübut edir ki, bir-birinin gözünə baxan ana ilə körpəsinin ürək döyüntüsünün sürəti bərabərləşir.
Firuzə Alimova / Turpkimi.com