Köklük problemi getdikcə cəmiyyət arasında kəskin hal almağa başlayıb. Böyüklərlə bərabər uşaqlar arasında da piylənmə, kökəlmə halları artmaqdadır.
Uşaqlar arasında kökəlmənin geniş yayılmasına səbəb nədir?
TurpKimi.com uşaq xəstəlikləri və endokrinoloji mütəxəssis Metin Yıldızın bəzi məsləhətlərini təqdim edir:
Uşaq (6-11 yaş) və yeniyetmələrdə (12-17 yaş) müşahidə edilən köklük probleminin əsl səbəbi sağlamlıq və sosial problemlərlə bağlıdır.
Piylənmənin qarşısını almaq üçün cəmiyyətdə önləyici tədbirlərin görülməsi, maarifləndirmənin aparılması mütləqdir.
Bir çox ailə haqlı olaraq uşaqlarının kilosu və bu kilonun sağlamlığa törədəcəyi təsirə görə narahat olur.
Uşaqlarda kökəlmənin səbəbləri nələrdir?
Uşaqlıq və yeniyetməlik dövründə köklüyə bir çox amil təsir göstərir. Dəyişdirilən və dəyişdirilməyən səbəblər var.
Dəyişdirilə bilər səbəblər aşağıdakılardır:
Fiziki fəallıq: Fəaliyyətsizlik, hərəkətsiz həyat tərzi, televizor və kompüter qarşısında çox vaxt keçirmək və s.
Sosial-iqtisadi şərtlər: Ailə gəlirlərinin aşağı səviyyədə olması və işləməyən valideynlər.
Yemə vərdişləri: Yüksək kalori ehtiva edən yeməklərin həddindən artıq istehlakı, ac olmadığı halda yemək, televiziya qarşısında və ya dərs oxuyarkən atışdırmaq.
Ekoloji amillər: Yüksək kalorili yeməklərə yönəldən reklamların çoxalması və s.
Dəyişdirilməyən səbəblər aşağıdakılardır:
Genetik: Artıq çəki və piylənmədən əziyyət çəkən ailələrin uşaqları köklük üçün yüksək risk qrupundadır.
Diaqnoz: Yaşına və cinsinə görə uşaqların böyük əksəriyyətinə piylənmə və digər xəstəliklərlə bağlı diaqnoz qoyulur. Bu diaqnoz mütləq şəkildə peşəkarlar tərəfindən qoyulur.
Sağlamlıqla bağlı risklər
Ürək Xəstəlikləri: Piylənmədən əziyyət çəkən uşaqlarda təzyiq və ürək xəstəliklərinə daha çox rast gəlinir.
2-ci tip şəkər xəstələri: Piylənmədən əziyyət çəkən uşaq və yeniyetmələrdə II tip şəkər xəstəliyində artım müşahidə olunur.
Ortopedik risk amilləri: Artıq çəki sümük və oynaqlarda təzyiq yaradaraq uşaqların anormal inkişaf etməsinə səbəb ola bilər.
Dəridə problemlər: Dəri qızartıları, qasıq və qoltuqaltı rəng dəyişikliyi.
Psixoloji risk amilləri: şəxsi göstəricilərin aşağı olması, depressiya, autizm və sosial mühitlərdən uzaqlaşma.
Hərəkətsiz həyat tərzi: Həddindən artıq TV seyr etmə, fiziki fəallığın az olması.
Yaşıdlarına görə uşağın boynu daha uzundur.
Siqaretdən istifadə: Araşdırmalar, erkən yaşda siqaret çəkməyə başlamağın səbəbi kiloya nəzarət etməkdir.
MÜALİCƏ
Uşaq və yeniyetmələrdə kökəlmənın qarşısını almaq üçün valideynlər tibb işçiləri ilə birlikdə hərəkət etməlidir. Həkim müalicəyə ehtiyac olub-olmadığı haqda qərar verdikdən sonra məsələnin həll edilməsinə başlamaq olar.
Müalicə üsulları
1.Qidalanma Müalicəsi:
Uşaqların qidalanması ciddi şəkildə diyetoloq tərəfindən təşkil edilməlidir. Müalicə prosesində sağlam inkişaf üçün qidalanma üzrə mütəxəssislər uyğun qidalar təklif edəcək.
2.Fiziki Fəallıq:
Aparılan tədqiqatlar uşaqların gündə ən azı 60 dəqiqə orta dərəcəli fiziki fəaliyyətlə məşğul olmağını təklif edir. İdman klublarına üzv olmaq, üzgüçülük,velosiped sürmək müxtəlif oyunlar oynamaq çox önəmlidir.
3.Davranış Müalicəsi:
Davranış müalicəsi sağlam orqanizmə sahib olmaq üçün lazım olan qidalanma və fiziki vərdişlərin qazanılmasına deyilir. Uşaq və yeniyetmələrlə işləyənlərin davranış müalicələri adətən ailələri də əhatə edir. Uşaqlar üçün istifadə edilən bəzi davranış terapiya üsulları aşağıdakılardır:
Kilonun azalmasını əngəlləyən səbəblərin müəyyən edilməsi və qiymətləndirilməsi. Qidalanma və məşq üçün gündəlik tutulması, yemə vərdişləri və fiziki fəallıqla bağlı özünü izləmə davranışının yaradılması.
Yüksək risk hallarının müəyyənləşdirilməsi: Evdə yüksək kalori ehtiva edən yeməklərin olması, yemək yeyərkən televizora baxmaqdan və davamlı olaraq televizorun açıq qalmağından çəkinin.
Ailə və uşaq tərəfindən hədəflərə nail olduqda onların mükafatlandırılması, mükafatların müsbət davranışları bəsləyəcək şəkildə seçilməsi.
Məsələn: İdman ləvazimatları mükafat kimi verilərək fiziki fəallığı artırmağa təşviq edir. Yeməyi mükafat kimi istifadə etməkdən çəkinməyi öyrətmək lazımdır.
Real olmayan hədəflərin dəyişdirilməsi.
Artıq çəkili olduğuna görə uşaq özünü pis hiss edir. Uşaqda kökülklə bağlı özündə inamsızlıq yaranır, arıqlaya bilməyəcəyini düşünür. Uşağı mənfi fikirlərdən uzaqlaşdırmaq lazımdır.
4-cü Dərman Müalicəsi:
Köklüyə bağlı metabolik problemlər əgər mövcudsa bir sıra dərmanlar istifadə edilə bilər.
5-ci Əməliyyat:
Mədəyə balon yerləşdirmə, gastrik baypass kimi cərrahi müdaxilələr yeniyetmələrdə uğurla həyata keçirilir. Lakin cərrahi üsulun vacibliyinə yalnız ağır tibbi şərtlər altında qərar verilir. Əməliyyat ən son çarədir.
06-04-2019
Vüsalə Əlövsətqızı, TurpKimi.com