Uşaqlar qəhvə içməməlidir?


Uşaqların böyüməsinə təsir edir?

usaqlar-qehve-icmemelidir
12.03.2022 13:09 2 dəq oxuma

“Uşaqlar qəhvə içməz” cümləsini eşitməmiş olmarsınız?! Hətta bir çox valideyn kofeinin uşaq sağlamlığına ziyan olduğunu deyərək, qəhvə içməyi qadağan edir. Lakin bu tamamilə səhv fikirdir.

Düzdür, Azərbaycan əhalisinin əksəriyyəti çay içsə də, qəhvə həvəskarı olan ailələr də az deyil. Hətta kafe və restoranlarda kofein tərkibli müxtəlif içkilər təklif edilərkən, uşaqları ondan məhrum edirik. Çox təəccüblüdür ki, bəzi Avropa və Amerika ailələrində kofein və qəhvə uşaqların böyüməsinə müsbət təsir edən içkidir. Digər ölkələrdə isə bunun uşaqlara mənfi təsir etməsiylə bağlı fərqli inanclar var.

Qeyd edək ki, qəhvənin uşaqların sağlamlığını və böyüməsini dəstəklədiyini, yaxud əngəllədiyini göstərən heç bir araşdırma yoxdur. Yediyimiz hər bir nemətdə olduğu kimi qəhvənin də həddini aşmadan içdikdə zərərindən çox saymaqla bitməyən faydaları vardır.

Uşaqların qəhvəni həzm etmə qabiliyyəti yetkin insanlarla eynidir. Ona görə də “qəhvə uşaqlara ziyandır!” deyə bilmərik. Lakin qəhvənin qəbulu zamanı bir əmma var, o da şəkərlə içilməsidir. İstər az, istərsə də çox olmasından asılı olmayaraq, şəkərin insan orqanizminə ziyanı böyükdür. Çalışıb qəhvəni az şəkərli və ya şəkərsiz içmək lazımdır. Çünki şəkərsiz halda içilən qəhvənin istənilən orqanizmə faydası eyni olur. 

Ümumiyyətlə, qəhvəni zərərli məhsul kimi digər qidalardan ayırıb pisləmək, yuxusuzluq yaradır demək heç düzgün deyil. Hər şeydən lazımi miqdarda və sağlam qidalanmaqda, əlbəttə, fayda vardır. Gündə 2 fincandan artıq qəhvə içmək bir çox xəstəliklərin yaranmasına səbəb ola bilər. Bundan başqa, hiperaktivlik problemi olan uşaqların qəhvə içdikdən sonra müvəqqəti enerjiləri arta bilər. Bu səbəbdən dolayı həmin uşaqlara qəhvə və ya kofein tərkibli içkilər verərkən diqqətli olmaq lazımdır.

Uşaqlar yaşlarına görə gündə bu qədər qəhvə içə bilər:

4-6 yaş arası uşaqlar gündə 45 milli qram

7-9 yaş arası uşaqlar gündə 62,5 milli qram

10-12 yaş arası uşaqlar gündə 85 milli qram

12-18 yaş arası uşaqlar gündə 100 milli qram

Böyük insanlar isə gündə ortalama 300 milli qram kofein qəbul edə bilər.

Yazılıb: 22.11.2021-ci ildə

Firuzə Alimova / TurpKimi.com