Gen faktoru olmadığı halda da, üstünlük yenə analardadır...
Aparılan araşdırmalara görə, uşaqlar zəka genini anadan alır. Hətta araşdırmanın nəticələrində atanın zəka geniylə əlaqədar heç bir təsirə malik olmadığı ortaya çıxıb.
TurpKimi.com xəbər verir ki, qadınların ağıl genlərini uşaqlarına ötürmə ehtimalı daha yüksəkdir. Çünki bu genlər X xromosomu üzərindən daşınır və qadınlarda bu xromosomdan 2 ədəd var, kişilər də isə sadəcə 1 ədəd olur.
Bununla yanaşı alimlər bildirirlər ki, “şərti genlər” olaraq bilinən sinifdəki genlərin bəzi hallarda yalnız anadan, digər hallarda isə atadan gəldiyi düşünülür. Zəkanın da bu şərti genlərin anadan gələn hissəsində yerləşdiyinə inanılır.
“Glaskow”dakı araşdırmaçılar 1994-cü ildən başlayaraq hər il 14-22 yaşlarında olan 12 min 686 gənclə görüşüb. Könüllülərin təhsilindən tutmuş irqinə və sosial-iqtisadi vəziyyətinə qədər bir çox amili nəzərə alan araşdırmaçılar, fərdlərin intellektinə ən yaxşı təsir edən amilin ananın İQ səviyyəsi olduğu qənaətinə gəliblər.
Bundan başqa, Vaşinqton Universitetinin tədqiqatçıları genetik olmayan hissəsində də anaların uşaqların ağlının inkişafında mühüm rol oynadığını aşkar ediblər. Belə ki, ana ilə uşaq arasında qurulan güclü, emosional bağ zəkanın inkişafı ilə sıx bağlıdır. Ananın övladları ilə 7 illik münasibətlərini təhlil edən bir qrup alim analarından yaxından emosional dəstək alan və intellektual ehtiyacları qarşılanan uşaqların 13 yaşlarına gəldikləri zaman beynin yaddaşı, öyrənmə və stresə reaksiyası digərləri ilə müqayisədə daha dayanıqlıdır.
Mənbə: http://www.independent.co.uk/news/science/children-intelligence-iq-mother-inherit-inheritance-genetics-genes-a7345596.html
Firuzə Alimova / TurpKimi.com