Uşaqlara neçə yaşdan sonra dondurma vermək olar?


Bəzi bakteriyaların inkişafına şərait yaranır.

usaqlara-nece-yasdan-sonra-dondurma-vermek-olar
12.07.2023 20:35 1 dəq oxuma

“Evdə təbii üsulla dondurmalar hazırlamaq olar. Bu dondurmalar uşaqlar üçün zərərli deyil”.

Bu fikirlər Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev bu gün Nazirliyin rəsmi “Instagram” səhifəsində canlı yayımda yay aylarında uşaqların qidalanması ilə bağlı danışarkən deyib.

O bildirib ki, bəzən maye hissəsi çox olan dondurmanı buz kimi qəbul edirik və bu, ziyandır:

“Bu cür buzlu dondurmalar boğaza zərər verir və öskürəyin yaranmasına səbəb olur. Belə olanda bəzi bakteriyaların inkişafına da şərait yaranır. Avropa ölkələrində uşaqlara 2-3 yaşından dondurma yeməyə icazə verirlər. Orqanizmdə buna qarşı immunitet varsa, problem olmur.

Ümumilikdə isə soyuq və qazlı su içkiləri uşaqlara qəti tövsiyə olunmur”.

TurpKimi.com / Oxu.az