Demək olar ki, bütün valideynlər çox vaxt nəzarəti itirib uşaqlara qışqırırlar. Bəs bunu dəfələrlə etsəniz nə baş verər?
Araşdırmaçı alimlərin etdiyi təxminlərə görə, indiki valideynlər uşaqlara daha çox qışqırır.
Valideynlər vurmaqdan qaçmağa çalışdıqları üçün bunun əvəzinə əsəb və qəzəblərini qışqıraraq çıxarırlar. Araşdırmalara görə hər 4 valideyndən biri azyaşlı və ya yeniyetmə çağında olan uşaqlarına dəcəllik etdiyi və ya onu hirsləndirdiyi üçün təqribən ayda bir dəfə qışqırır.
Səsinizi yüksəltmək hər zaman pis bir şey deyil. Hər hansı problemi yüksək səslə bildirmək, əslində kimisə incitmədən diqqət çəkmək deməkdir. Məsələn; “mətbəxin yerini indicə sildim, üzəri hazırda palçıqlı ayaq izləri ilə doludu!”
Qışqırmaq fərdi hücuma çevrildikdə uşağı “niyə heç bir şeyi xatırlamırsan?” ya da “hər zaman bunu səhv edirsən!” kimi cümlələrlə xor görmək, ya da günahlandırmaq artıq zərərverici olmağa başlayır.
Araşdırmaların göstərdiyi nəticələrə əsasən, bir çox valideyn nəzarətini itirərək qışqırır, çünki uşaqların yaramazlığını və ya etirazını özlərinə üsyan kimi qəbul edir.
Pitsburg Universitetinin psixoloq və təhsil professoru Ming-Te Vanq tərəfindən 976 məktəbli və valideynlərinin iştirakı ilə aparılan araşdırmada ortaya maraqlı faktlar çıxıb. Belə ki, qışqırıq, təhqiredici və sərt sözlərin təsiri altında böyüyən yeniyetmələrin davranışında problemlər və depressiyaya meyilli olduqları görünüb.
Başqa bir araşdırmada uşaqlara qışqırmağın onları vurmaqdan daha pis nəticələrinin olduğu irəli sürülüb. Brovn Universitetində psixiatr və insan davranışları üzrə professor Stephanie Parade 15 il davam edən araşdırmasının nəticələrini bu cür açıqlayıb:
"Valideynləri tərəfindən qışqırılaraq tərbiyə edilən 8 yaşlı uşaqlar 23 yaşlarına gəldikləri zaman ailə həyatında həyat yoldaşları ilə daha az münasibət yaşayırlar. Çünki bağıran valideynlər hisslərini nəzarətdə saxlamamaqla, uşaqlarına özünü idarə etməyi, təmkinli olmağı öyrətmə şansını əllərindən verirlər. Bu uşaqlar başqalarının da onlara neqativ davranacağını düşünür və şüursuzca özlərinə bu hissi yaşadacaq həyat yoldaşı seçirlər".
Hətta araşdırma əsasında məlum olub ki, övladını vuran valideyn daha sonra onu təriflədikdə etdiyi səhvi düzəldə bilib. Lakin qışqıran, təhqiredici sözlərdən istifadə edən valideyn uşağına nə qədər yaxınlıq, istilik göstərsə də, həmin səhvi uşağın yaddaşından silə bilməyib.
Yazılıb: 21.03.2019-ci ildə
Firuzə Alimova / TurpKimi.com