Elə uşaqlar var ki, 20 yaşına qədər də bu qidalara maraq etmirlər...
“Duzlu, acı qidalardan uşaqların istifadəsi məsləhət deyil”.
Bunu Səhiyyə Nazirliyin “Instagram” hesabındakı canlı yayımında nazirliyin mütəxəssis-eksperti həkim pediatr Əkbər Quliyev deyib.
O bildirib ki, şokolad və konservləşdirilmiş qidalardan uşaqları uzaq tutmaq lazımdır:
“İnsanların ağız dadı uşaq yaşlarından formalaşır. Valideynlər azyaşlılara o dövrdə duzlu, acı, şirniyyat, şokolad və digər zərərli məhsullara öyrəşdirməsə, elə uşaqlar var ki, 20 yaşına qədər də bu qidalara maraq etmirlər. Bu da sağlam qidalanma deməkdir. Daha çox meyvələrə üstünlük versinlər. Qida intizamı orqanizm üçün çox önəmlidir. Gün ərzində 3 dəfə normal qidalanmağa diqqət etsinlər. Həkim məsləhəti olmadan uşaqlara iştaha artırıcı dərmanların verilməsi məsləhət deyil”.
TurpKimi.com / Oxu.az