Uşaqlara verilən qəribə adların siyahısı - Balış, Diliş, Dərdayıl...


Ötən il Azərbaycanda körpələrə qoyulan qəribə adlar məlum olub.

usaqlara-verilen-qeribe-adlarin-siyahisi
06.01.2022 17:59 1 dəq oxuma

2021-ci il ərzində valideynlərin övladlarına qeyri-adi adlar verməsi geniş yayılmasa da, belə hallara rast gəlinib.

Belə ki, ötən il Ayda, Əhmədov, Aydəs, Balış, Diliş, Dərdayıl, Doğru, Dəftər, Gil, Şərbala, Koroğlu və Həci adlarının hərəsi bir uşağa verilib.

Eyni zamanda, 2021-ci il ərzində iki uşağa Qəribə, iki uşağa Gilə və daha iki uşağa isə Dua adı qoyulub.

Xatırladaq ki, ötən il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar sırasında Əli və Zəhra üstünlük təşkil edib.

TurpKimi.com