Uşaqlarda ağız qoxusuna səbəb nə ola bilər? - Qarşısını alma yolları


 Uşaqlarda ağız qoxusu tez-tez  rast gəlinən bir  haldır.  Səbəbini bilmək çox önəmlidir. 

usaqlarda-agiz-qoxusuna-sebeb-ne-ola-biler
07.06.2021 10:52 1 dəq oxuma

TurpKimi.com uşaqlarda ağız qoxusuna nələrin səbəb olacağı haqda bəzi bilgiləri təqdim edir:

Türkiyənin Qulaq, Burun, Boğaz Xəstəlikləri üzrə mütəxəssisi  Yavuz Selim Yıldırım mövzu ilə əlaqədar bəzi məlumatları verib. 

Uşaqlarda ağız qoxusundan qorunmaq üçün  bir neçə sadə məsləhətə əməl etmək lazımdır. 

İlk növbədə uşaqlara nizamlı olaraq diş fırçalama vərdişi qazandırılmalıdır. Uşaqların yanında ailədə olan böyüklər diş fırçalamağı hər gün təkrarlayarlarsa, onların da bu vərdişə yiyələnmələri asanlaşır.  Beləcə  bütün ailə  diş və diş əti xəstəliklərindən qorunmuş olar.

İkinci səbəb boğaz və burun ətidir. Adenoid burunda tıxanmaya səbəb olaraq uşağı  ağızdan nəfəs almağa məcbur edir.   Davamlı təkrarlanan üst tənəffüs yolu infeksiyalarının mərkəzinə çevirir. Sinus infeksiyaları, ağızdan nəfəs alıb-vermə ağız qoxusundan əlavə  böyümədə ləngimə, yuxu pozulması,  altını islatma və qulaq infeksiyaları kimi bir çox xəstəliyə səbəb olur.

Uşaqlara nizamlı su içmə vərdişi qazandırmaq lazımdır. Məktəb çağındakı uşaqlara hər gün məktəbə gedərkən su qabını  doldurub axşama qədər içməsini demək və axşam nəzarət etmək mütləqdir. 

Bir başqa əhəmiyyətli tədbir axşam yatmazdan əvvəl bol su ilə burunlarını təmizləməkdir. Bu  yuxu zamanı  burnun tıxanmasının qarşısını alır və keyfiyyətli yuxu qazandırır. 

Allergiyası olan uşaqlarda allergiya müalicəsi uşağın ümumi sağlamlığına müsbət təsir edir.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

​​​​​​Yazılıb: 10-04-2021