Uşaqlarda barmaq əmmə vərdişi - Analar, diqqət!


Uşaqlarda barmaq əmmə vərdişinə ciddi yanaşın. 

usaqlarda-barmaq-emme-verdisi
22.11.2021 15:52 1 dəq oxuma

Primitiv bir refleks kimi qiymətləndirilən  uşaqlarda barmaq əmmə vərdişi müəyyən bir yaşdan sonra tərgidilməlidir. 

Barmaq əmmə uşaqlarda lap çağa vaxtarından formalaşır. Körpələr ağlayanda onu sakitləşdirmək üçün aldadıcı kimi əmzik verirlər.  Amma bəzi uşaqlar barmaq əmməklə əmziyin onlara verdiyi rahatlığı hiss edir,  bununla da psixoloji və fizioloji gərginliyi azalır. Ümumilikdə 2-4 yaşlarında əmzik, ya da barmaq əmmə vərdişinə son qoyulmalıdır. 

TurpKimi.com xəbər verir ki,  əgər barmaq əmmə 3 yaşından sonra da davam edirsə mütəxəssisə müraciət edilməlidir. 

Valideynlər uşaqda bu vərdişin nəyə görə yarandığına, hansı zamanlarda olduğuna ciddi fikir verməlidirlər. Başqa ruhi problemlər də müşahidə edilərsə, ya da 3-4 yaşından sonra hələ də davam edən barmaq əmmə vərdişi varsa, mütəxəssisdən kömək alınmalıdır.


Uzun müddət barmaq əmmə ağız və diş problemlərinə səbəb olur

Barmaq əmmə vərdişi uzun müddət davam edirsə, pediatrdan, diş həkimindən və uşaq psixoloqundan məsləhət alınmalıdır. Barmağa ilişən alətlərlə və davranışa nəzarət etməkdə kömək edən cəza, mükafatlandırma və s. üsullarla müalicə başlayır. Barmaq əmən uşaqların çənə, ağız və diş strukturunda, hətta baş barmağın quruluşunda müxtəlif xoşagəlməz dəyişikliklər yaranır. Ona görə də valideynlər bu vərdişin vaxtında tərgidilməsi üçün tədbir görməlidirlər. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com