Uşaqlarda boğaz ağrısı fərqli səbəblərdən yarana bilər.
Ciddi sağlamlıq problemləri yoxdursa boğaz ağrısına evdə hazırlayacağınız vasitələlə çarə tapa bilərsiniz.
TurpKimi.com həmin təbii reseptlərin hazırlanma qaydasını təqdim edir:
1. Duzlu su qarqarası
Uşağınız qarqara edəcək yaşdadırsa, boğaz ağrısından xilas olmağın ən yaxşı yollarından biri duzlu su ilə qarqara etməkdir. Duz antiseptik vasitədir və bəlğəmin çölə atılmasına kömək edər. Nəticədə iltihab azalaraq uşağınızın rahatlamasına kömək edər.
Yarım çay qaşığı duzu bir stəkan ilıq su ilə qarışdırın. Lazım olsa dadı yaxşılaşdırmaq üçün az miqdarda bal əlavə edin. Uşağa qarqara etdirib, tüpürdün.
2. İsti içkilər
İsti maye içmək boğaz ağrısı çəkən uşaqlara rahatlıq verir. Bu səbəblə uşağınıza gün boyu isti içki verin.
Aparılan bir təcrübədə soyuqdəymə və qrip simptomlarının çoxundan xilas olmaqda isti içkinin otaq temperaturunda olan içkilərə görə faydaları analiz edilib.
İsti içkinin boğaz ağrısı simptomlarını götürdüyü və davamlı olaraq insanı rahatlaşdırdığı məlum olub. Otaq istiliyindəki eyni içkinin yalnız burun axıntısı, öskürək və asqırma simptomlarının qarşısını aldığı məlum olub.
3. Limon və bal
Boğaz ağrısından xilas olmaq üçün təzə limondan istifadə edə bilərsiniz. C vitamini baxımından zəngin olan limon immunitet sistemini gücləndirməyə və orqanizmə boğaz ağrısına səbəb olan infeksiyalarla mübarizə aparmaqda kömək edir.
Bal boğaz ağrısı çəkən 1 yaş və 1 yaşdan böyük uşaqlar üçün etibarlı çarədir. Bal boğaz ağrısına səbəb olan mikroblarla vuruşur, antibakterial, antimikrobial və antiseptik təsir göstərir.
1 xörək qaşığı təbii balı 1 stəkan ilıq su ilə qarışdırın. İçərisinə bir neçə damla limon suyu əlavə edin. Yaxşıca qarışdırın və gündə 2 və ya 3 dəfə içmək üçün uşağınıza verin.
Uşağınız qarışığı içməyi rədd etsə yatmazdan əvvəl bir stəkan ilıq südə 1 çay qaşığı bal əlavə edin. Bal körpə botulizminə səbəb ola biləcək zərərli bakteriyalar daşıya biləcəyindən 1 yaşdan aşağı körpələrə verilməməlidir.
4. Zəncəfil
Zəncəfil boğaz ağrısının simptomlarını yüngülləşdirən iltihab əleyhinə, antiviral və öskürək kəsici xüsusiyyətlərə malikdir. 1 çay qaşığı zəncəfil suyu və balı qarışdırın. Boğaz ağrısının qarşısını almaq üçün uşağınıza verin.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
Dərc olunub: 01-05-2021