Uşaqlarda "çöp" əslində nədir? - Çöpçü, yoxsa lor həkimi? - VİDEO


Uşağın narahatlığının səbəbini “çöp”də görən valideynlər, qapısı boş qalmayan çöpçülər.

usaqlarda-cop-eslinde-nedir
26.01.2022 15:57 1 dəq oxuma

Tovuzun Aşağı Quşçu kəndindəki Çöpçülər məhəlləsi. Hər gün çoxlu sayda uşaq çöpünün çıxarılması üçün buraya gətirilir.

Belə məhəllədən biri də Bakının NZS qəsəbəsində yerləşir.

Maraqlıdır ki, müştərilərə həmişə qapısı açıq olan belə çöpçülər nədənsə mediyadan gizlənirlər.

Biz isə çöpün nə olduğunu öyrənmək üçün mütəxəssislərə müraciət etdik. Lor cərrah Dilşad Şadlinskaya deyir ki, “çöp”əslində yad cisimdir. Uşaq bunu bilərəkdən də burnun-boğaz nahiyəsində saxlaya bilər. Bundan başqa boğaz ətində gedən xroniki proses nəticəsində müxtəlif dəliklər yaranır ki, həmin hissələrdə də yemək qırıntıları qalır. Həkimin sözlərinə görə, çöpçünün belə əşyaları üfürərək çıxarması sonradan ciddi fəsadlara səbəb olur.

Lor cərrah Taliyə Məmmədova da belə şikayətlər zamanı uşaqların ilk növbədə həkim müayinəsinə getmələrini tövsiyə edir.

Taliyə Məmmədova həmçinin deyir ki, burun və boğaz boşluğunda qalan ən xırda cisim belə ciddi problemlər yarada bilər./xezerxeber.az