Orqanizmin laktozaya qarşı dözümsüz olması ən geniş yayılmış qida allergiyalarından biridir.
TurpKimi.com xəbər verir ki, laktozaya qarşı dözümsüzlük süddəki əsas şəkər olan laktozu parçalayan ferment laktozanın bədəndə istehsal edilməməsi səbəbindən yaranır.
İstehlak edilən laktoza miqdarını həzm etmək üçün yetərli laktoza olmayanda ürək bulanması, ishal və şişkinlik əmələ gələ bilər. Simptomların ciddiliyi insanın yediyi laktoza miqdarına görə dəyişə bilər.
Laktoza intoleransının əlamətlərindən və necə yüngülləşdirilməsindən bəhs edək:
Laktozaya qarşı dözümsüzlüyün əlamətləri
Laktoza intoleransının əlamətləri laktoza ehtiva edən qidaların məhdudlaşdırılması və ya heç yeyilməməsi ilə yüngülləşdirilə bilər.
Laktoza ehtiva edən qidalar arasında dondurma, yumşaq pendirlər (məsələn, süzmə və ya qaymaq pendir) kimi süd və süd məhsulları olur. Bəzi adamlar fermantasiya prosesi zamanı laktozası az olan ərzaqları, məsələn, qatıq və sərt pendir kimi mayalanmış süd məhsullarını daha yaxşı həzm etdiklərini görə bilər.
Laktozaya qarşı dözümsüzlük adətən südə qarşı allergiyadan daha az ağır reaksiyalara səbəb olur. Südə qarşı allergiya kimi, laktozaya qarşı dözümsüzlüyə ishal, qusma və mədə ağrıları aiddir, lakin adətən tənəffüs çətinliyinə səbəb olmur. Başqa bir fərq budur ki, laktozaya qarşı dözümsüzlük qan və ya dəri analizində görünməyəcək. Buna baxmayaraq allergiya kimi ağır şəkildə olmasa da, körpənizin reaksiyasını görə biləcəksiz.
Ərzaqlarda gizli laktozanı bilmək üçün qablaşdırmanın üzərindəki etiketləri oxumaq lazımdır. Etiketlərdə yazılan pendir altı suyu, kəsmik, süd məhsulları, quru süd qatqıları və yağsız quru süd tozu kimi məzmunlar tərkibində laktoza olduğunu göstərir.
Laktozaya qarşı dözümsüzlüyün narahat edici birləşmə laktoza yerinə süd zülalı olduğu, inək südü zülal allergiyasından fərqli olduğunu unutmayın.
Laktozaya qarşı əsas və orta dözümsüzlük
Laktozaya dözümsüzlüyün iki növü var. Birinci növ laktozaya qarşı əsas dözümsüzlükdür ki, buna səbəb laktoz fermentinin çatışmazlığıdır. Bu hal birinci ildə adətən əlamətlərini göstərmir. Laktozaya qarşı dözümsüzlüyü olan bir çox körpələr müəyyən miqdarda laktozaya qarşı dözə bilirlər. Laktozaya qarşı ikinci növ dözümsüzlük isə bağırsaqda ağır bağırsaq qurdu kimi zədələnmələrdən sonra baş verir. Bu hal adətən müvəqqəti olur və bağırsaq sağalandan sonra keçir. Bəzi ağır hallarda, laktoza pəhrizdən bir neçə həftəlik çıxarılmalıdır. Bu qadağa yalnız həkimin məsləhətindən sonra qoyulmalıdır və ya aradan qaldırılmalıdır.
Uşaqlarda süd və süd məhsullarının yeri necə doldurulmalıdır?
Süd və süd məhsulları böyüyən uşaqlar üçün əhəmiyyətli bir enerji, zülal və kalsium mənbəyidir. Uşağınızda laktoza intoleransı varsa, bunları edə bilərsiniz:
- Aşağı laktoza və ya laktoza ehtiva etməyən süd seçin.
- Kalsiumla zəngin soya südü, düyü südü, yulaf südü və ya fındıq südü verin. Soya südlərinin çoxu zülal baxımından inək südünə ekvivalent olsa da, düyü, yulaf və fındıq südlərinin zülal tərkibi əhəmiyyətli dərəcədə daha aşağıdır.
- Hər dəfə az miqdarda verin, məsələn, ½ fincan süd və dözümlülüyə görə miqdarı tədricən artırın.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
Dərc olunub: 09-06-2019