Bu, hansı şəkildə özünü göstərir?
Uşaqlarda görülən təkrarlayıcı, istənmədən baş verən, sürətli hərəkətlər tik adlanır.
Tik aşağıdakı şəkildə özünü göstərir:
- göz qırpma
- burun çəkmə
- boynu gərmə və döndürmə
- hıçqırma
- çiyin atma
- barmaq şaqqıldatma
- qol sallama
- qulaqları oynatma
- qaşları qaldırıb, endirmək
- səslər çıxartma
- boğaz təmizləmə
Səs çıxarma şəklindəki tik digər bədən hərəkətləri ilə bağlı tiklərlə birlikdə görülərsə "Tourette sindromu" adlanır. Tikin səbəbi tam bilinməsə də genetik faktorlar və ətraf mühitin rol oynadığı göstərilir. Tiklər adətən gərginlik verən bir hadisə sonrasında artır. Ailə və çevrə tərəfindən verilən cəzalandırma tikin artışına səbəb olur. Tikin ən çox görüldüyü vaxt 7-12 yaşdır.
Valideynlər bu prosesdə diqqətli olmalıdır. Tik uzun müddət davam edərsə mütəxəssisə müraciət edilməlidir.
Aynur İsayeva / TurpKimi.com