Uşaqlarınızın əllərini nəm salfetlə təmizləməyin!
Məktəbə gedən uşaqlar getməyənlərlə müqayisədə daha çox tənəffüs yolu infeksiyalarına yoluxurlar. Xüsusilə də məktəbə yenicə getməyə başlayan uşaqlar birinci il daha çox infeksiyalarla qarşılaşır və xəstə olurlar. Lakin immun sisteminin möhkəmlənməsiylə bu, azalmağa başlayır.
Bəs uşaqları necə qorumaq olar?
1 – Övladınıza əllərini yumağı vərdiş etdirin;
2 – Uşaqlara asqırdıqları və ya öskürdükləri zaman ağızlarını əlləri ilə bağlamaları öyrədilməlidir. Bu zaman damcı yolu ilə mikrobların tənəffüs yoluna keçməsinin qarşısı alınar;
3 – Övladlarınıza davamlı olaraq dişlərini fırçalamalarını vərdiş etdirin;
4 – Sağlam və davamlı qidalanmalarına diqqət edin;
5 – Uşaqlar idmanla məşğul olmalıdır. Bunun üçün davamlı və dayanıqlı olaraq sevdikləri idman fəaliyyətinə getməlidirlər.
6 – Sağlam yuxu yatmalıdırlar;
7 – Lazım olan peyvəndlər olunmalıdır;
8 – Valideynlər evdə və ya balkonda siqaret çəkməməlidir. Hətta onlar tütündən, ümumiyyətlə istifadə etməməlidirlər.
9 – Ev mühitinin münasib istilik və nəmlikdə olması təmin edilməli, otaqlar havalandırılmalıdır;
Qeyd: Uşaqlarınızın əllərini nəm salfetlə təmizləməyin!
Məktəb və avtobuslarda ən çox istifadə olunan, tutulan yerlər mikrob qaynağıdır. Ona görə də ana-atalar övladlarına əl yumalarını vərdiş etdirməlidirlər. Bu, infeksiyalardan qorunmağın ən vacib yoludur. Lakin nəm salfetlə əllərin silinməsi əldə təmizlik yaratmaz. Hətta mikrobun bir əldən digərinə keçməsinə səbəb ola bilir. Nəm salfet sadəcə çirkin təmizlənməsində istifadə olunmalı, daha sonra əllər su və sabunla yuyulmalıdır.
Firuzə Alimova / TurpKimi.com
Dərc olunub: 29-03-2019