Uşaqları piylənmədən necə qorumaq olar? - Valideynlərə məsləhət


Son vaxtlar piylənmədən əziyyət çəkən uşaqlarda artım tendensiyası müşahidə olunur...

usaqlari-piylenmeden-nece-qorumaq-olar
30.01.2024 00:31 1 dəq oxuma

Qidalanma rejimi uşaqları piylənmədən qorumağa kömək edəcək.

TurpKimi.com “Nyus.ru”ya istinadla xəbər verir ki, bu haqda Murmansk vilayətinin mütəxəssisləri valideynlərə tövsiyyələr veriblər. Onlar vurğulayıblar ki, uşaq gündə üç dəfə yemək yeməlidir. Bundan əlavə, iki və ya üç dəfə qəlyanaltı məqbuldur. Maddələr mübadiləsini normallaşdırmaq üçün yeməklər arasında fasilələr isə üç saat yarımdan çox olmalıdır.

Xüsusi qeyd olunub ki, tərkibində dadlandırıcı və boya olan qidaları seçməmək daha yaxşıdır. Çoxlu protein qidalar olmalıdır. Belə məhsullara ət, balıq, yumurta və süd daxildir. Səhər yeməyində uşaqlar üçün taxıl çörəyində omlet, kəsmikli piroq, südlü sıyıq və ya yağlı, pendirli çörəkarası yemək daha yaxşıdır. Uşağınıza qəlyanaltıda az yağlı qatıq, meyvə və ya tərəvəz verə bilərsiniz.

Mütəxəssislər bildirib ki, son vaxtlar piylənmədən əziyyət çəkən uşaqlarda artım tendensiyası müşahidə olunur: "Məktəblilərdə isə tez-tez yod, kalsium, karotin və dəmir çatışmazlığı diaqnozu qoyulur. Qanda nəyinsə çatışmazlığı doyumsuz qidalanmağa səbəb olur. Bu da piylənmə ilə nəticələnir", - deyə qeyd olunub. 

Firuzə Alimova / TURPKİMİ.COM