Uşaqları sadə üsullarla xəstəliklərdən bu cür qoruyun - Dərman istifadə etmədən


Son illərdə artan infeksion xəstəliklər çox yayılıb.

usaqlari-sade-usullarla-xesteliklerden-bu-cur-qoruyun
12.02.2024 20:23 2 dəq oxuma

TurpKimi.com uşaqları infeksiyalardan qorumağın sadə üsullarını təqdim edir:

Sadəcə bir neçə qaydaya ciddi fikir verməklə övladlarınızı tənəffüs yolları xəstəliklərindən də qoruya bilərsiniz.  

Bəzən valideynlərin doğru bildiyi üsullar əslində uşaqların daha tez xəstələnməsinə səbəb olur. Böyüklər   ilk növbədə bilməlidir ki, burda söhbət uşağın heç xəstələnməməsindən getmir, daha az, tez-tez  qripə yoluxmamağı üçün tədbirlərin görülməsindən gedir.  


Ana südü xəstəliklərə qarşı qalxan rolunu oynayır

Uşaqlıq dövrü yeni doğulan, südəmər çağı, oyun dövrü, məktəb çağı, yetkinlik dövrü kimi fərqli mərhələlərdən keçir və hər dövrdə infeksiyalara qarşı qoruyucu tədbirlər də fərqlidir. Xüsusilə ilk 6 ay-1 yaşa qədər olan dövrdə körpələrin immunitet sistemi hələ kifayət qədər yetkinləşmədiyindən infeksiyalara qarşı daha acizdir.  Bu dövrdə ana südünün verilməsi həyati önəm daşıyır.  Çünki ana südündə həm körpənin böyüməyi üçün lazım olan mikro qidalar, həm də anticisimlər kimi immunitet sistemini dəstəkləyən bir çox zəngin elementlər var. Bundan əlavə  körpələrin izdiham, çoxluq olan yerlərə aparılmaması viral xəstəliklərdən qoruyur. 

Özbaşına vitaminlərdən istifadə etmək

İmmunitet sisteminin formalaşmasında balanslı və müxtəlif çeşidli bəslənmə ilk yerdə durur.  Uşaqlara nahar, günorta, axşam payları nizamlı şəkildə verilməlidir. Tez bazar, qablaşdırılmış məhsullar yerinə mövsümi meyvə və tərəvəzlərin istehlak edilməsi, yetərli zülal və su qəbul edilməsi də  immunitet sistemini dəstəkləyəcək. Vitamin möhkəmlətməsi kimi satılan məhsulların da əslində bir dərman vasitəsi olduğunu unutmayın,  həkim tövsiyyəsi xaricində özbaşına vitamin istifadəsindən qaçının. Əks halda uşaqlara fayda yerinə zərər vura bilərsiniz. 

İdmanla məşğul olmaq  və nizamlı yuxu immunitet sistemini gücləndirir

Uşaqlara gigiyena qaydalarını oyunlarla sevdirərək izah edin. Əl yuma vərdişinin qazanılması,  maskadan doğru istifadənin öyrədilməsi infeksiyalara qarşı qoruyucu olacaq. Eyni zamanda hava uyğun olduğunda açıq sahədə idmanla məşğul olmaq da immunitet sistemini möhkəmlədir. Telefon, televizora baxma müddətini məhdudlaşdırın və  uşaqlarla birlikdə oynanacaq oyunların və məşqin müddətini artırın.

İlk növbədə nizamlı yuxu sağlamlığa birbaşa təsir edir. Xüsusilə yuxu saatından 2 saat əvvəl telefon, planşet, komputer, televiziya kimi elektronik cihazlarla uşağın təması kəsilməlidir. Bu yuxuya getməni asanlaşdıracaq, keyfiyyətli  yuxu təmin edəcək. 

 Böyüklər həmişə balacalara məsləhət verməyi, nəsihət etməyi xoşlayırlar. Amma nəzərə almaq lazımdır ki, uşaqlar nəsihətdən çox davranışlara  fikir verir, davranışlardan nümunə götürür. Uşaqları düzgün tərbiyə etmək istəyirsinizsə ilk növbədə özünüz davranışlarınıza ciddi fikir verməlisiniz.  Uşağın etməsini istədiyiniz bir davranışı əvvəlcə ailə fərdlərinin hamısı etməlidir ki, uşaq üzərində önəmli təsiri olsun. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com