Uşaqların boyunun yaşına görə balaca qalması əslində narahatlıqdan qaynaqlana bilər. Hipotiroid adlanan bu problemin uşağınızda olub-olmadığını müəyyən etmək üçün sadəcə olaraq qan testi aparılır. Hipotiroid hormonal narahatlıq kimi qiymətləndirilir.
TurpKimi.com xəbər verir ki, valideynlər bu problemi ev şəraitində çox çətin təsbit edə bilirlər
İlk bir ildə uşağın boyu 25 santimetr, ikinci ildə 12 santimetr, 2 və 4 yaş arasında ildə ortalama 6-8 santimetr, 4 yaş ilə yetkinliyə qədər olan dövrdə də ildə ortalama 5 santimetr uzanmalıdır. Yetkinlikdən sonra ildə ortalama olaraq 8 - 10 santimetr boy uzanması gözlənilir. Bu nəticələri göstərməyən uşaqların boy qısalığını araşdırmaqda fayda var.
Hormonal səbəblərə tez-tez rast gəlinir
Uşağın boyu genetik faktorlarla da əlaqələndirilir. Ana və atanın boyu qısadır, ancaq uşağın böyümə sürəti normaldır. Uşağın yetkin yaşdakı boyunu təxmin etmək üçün ana və atasının boylarına diqqət edirlər. Ancaq ana və ata çox qısadırsa, ana və atada irsi bir xəstəlik olub-olmadığını da araşdırmaq lazımdır.
Xəstəlik kimi təsnif edilməyən boy qısalığının digər bir səbəbi də yetkinliyin gecikməsi ilə əlaqəlidir. Yəni uşağın fizikən böyümə çağı gecikir. Bu problemə xüsusilə oğlanlarda rast gəlinir. Bu uşaqların 3-4 yaşına qədər sağlam uzandığı, bu yaşdan sonra boylarının normadan aşağı olduğu müaşahidə edilir. Bu uşaqların da uzanma sürətləri normaldır. Ancaq yetkinlik çağı gecikdiyi üçün uzanma daha az olur. Yetkinliyin başlaması ilə böyümə sürətlənir və yetkin boy nəzərdə tutulan hədəf boya çatır.
Boy qısalığının səbəblərindən biri də hipotiroit, yəni, tiroid hormonlarının az olmasıdır. Doğuşdan, ya da irəliləyən dövrlərdə müəyyən oluna bilən bu vəziyyəti qan testi ilə təsbit etmək mümkündür. Əhəmiyyətli olan zamanında həkimə müraciət etməkdir.
Sadə qan testi verməklə həkim uşaqda böyümə hormonunun kifayət qədər olub-olmadığını müəyyən edir. Ehtiyac varsa müalicəyə başlanılır. Ancaq müalicəsi uzun olur. Bu səbəbdən də səbirli olmaq lazımdır.
Əvvəlcə gizli bir bir xəstəlik varsa müalicə edilir. Müalicənin də "Epifiz" adlı böyümə vəzlərinin funksiyası başa çatmazdan qabaq aparılması mütləqdir. Çünki vəzlər funksiyasını itirdikdən sonra uzanma dayanır. Yetkinliyə girdikdən sonra boy uzanması yavaşladığı üçün müalicələrlə istənilən cavab alınmaya bilər. Bu səbəbdən erkən müdaxilə üçün uşaq həkimlərinə müraciət etmək lazımdır. Poliklinikalarda uşağın boy və çəkisi ölçülür və uzanma sürəti qiymətləndirilir. Yaş və cinsiyyətinə görə boy qısa və ya uzanma sürəti qeyri-kafidirsə uşaq endokrinoloquna müraciət edilir.
Vüsalə Əlövsətqızı, TurpKimi.com