Uşaqların böyümə çağlarında maddələr mübadiləsinin sağlam işləməyi üçün az miqdarda vitamin dəstəyinə ehtiyac olur.
Uşaqlar üçün vitaminlərin dəyərini vurğulamazdan əvvəl onları müəyyən qruplara ayırmaq lazımdır.
Suda həll olan vitaminlər (C və B qrupu): Bu vitaminlər suda həll olur və bədənə yığılmadan xaric edilir.
Yağda həll olan vitaminlər (A, D, E, K): Bu vitaminlər isə yağda həll olur və bədəndə yığılıb qala bilər.
Bağçada və ya məktəbdə uşaqlar virus və bakteriyaların mənfi təsirinə daha çox məruz qalırlar. Balanslı və bol vitaminli qidalanan uşaqlar bu faktorlara qarşı müqavimət göstərə bilirlər və xəstəliklərə tutulma riskləri aşağı olur.
1 -3 yaş aralığında olan uşaqlarda immunitetin aşağı düşmə halları daha çox müşahidə edilir. Belə halda həkim məsləhəti ilə C və E vitaminləri kimi dəstəkləyicilərlə immunitet sistemini gücləndirə bilərlər.
Hal-hazırda xəstəlikləri tətikləyən ən önəmli faktor qeyri-kafi vitamin və mineral qəbuludur. Yetərincə balanslı qidalanmamaq, tərəvəz və meyvələrdən az istifadə etmək orqanizmin yetərli qida elementlərini qəbul etməməsinə səbəb olur.
Hansı qidalarda, hansı vitamin və mineralların olduğunu bilmək çox önəmlidir. TurpKimi.com həm uşaqların, həm də böyüklərin sağlam həyat tərzi keçirməyi üçün ehtiyac olan vitaminləri nəzərinizə çatdırır:
B1 vitamini (tiamin): Tərəvəz, taxıl məhsulları, paxlalılar və meyvələrdə var. Bu vitamin sinir sisteminin inkişafına və maddələr mübadiləsinin sürətlənməsinə kömək edir. Əskikliyi iştahsızlıq, sinir problemləri, ürək ritmi pozğunluğu kimi şikayətlərə yol aça bilər.
B2 vitamini: Süd və süd məhsulları, yaşıl yarpaqlı tərəvəzlərdə var. Əskikliyi görmə pozğunluğu, dodaqda çatlar, dəri və mukoza xəstəlikləri kimi problemlərə səbəb ola bilər.
B6 vitamini: Ət, yumurta və taxıl məhsullarında var. Qeyri-kafi qəbulu ağız və burun ətrafında yağlanma yarada bilər.
B12 vitamini: Ət, balıq və dəniz məhsullarında var. Əskikliyi sinir sistemində problemlərin və anemiyanın yaranmasına səbəb olur.
C vitamini: Sitrus bitkiləri, ispanaq, brokoli, pomidor və yaşıl yarpaqlı tərəvəzlərdə olur. İmmunitet sistemini gücləndirir və xəstəliklərə qarşı qoruyur.
A vitamini: Yumurta, kərə yağı və sarı rəngli meyvələrdə bol miqdarda var. Əskikliyi boy artımında geriləmə, göz quruluğu və çəki ala bilməmə kimi problemlərə yol aça bilər.
D vitamini: Pendir, süd, kərə yağı və yumurta kimi qidalarda var. Qeyri-kafi qəbulu əsəbilik, tərləmə, qaşıntı, yuxu pozğunluğu, diş çürümələri kimi problemlərə səbəb ola, uşaqlarda rəxitlik riskini artıra bilər.
E vitamini: Maddələr mübadiləsini sürətləndirər, bədəndəki toksinlərin atılmasını təmin edər. Tərəvəzlər, bitki yağları, taxıl məhsulları və paxla kimi qidalarda var.
K vitamini: Yaşıl yarpaqlı tərəvəzlərdə var. Qeyri-kafi qəbulu diş əti qanamalarına və qanın laxtalanmasının gecikməsinə yol aça bilər.
Bununla da sağlam olmaq üçün hansı vitaminləri hansı qidaları yeməklə qəbul edəcəyimizi bilmiş olduq.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
Əlaqəli yazılar:
A vitamini çatışmazlığını göstərən əsas əlamətlər - Qida qaynaqları
Daha çox D vitamini qəbul etməyin - 3 ASAN YOLU
Qışın D vitamini dərdi - Sümüklərinizi necə möhkəmləndirə bilərsiniz?
Şəhərdə yaşayanların D vitamini dərdi - Nələrdə var
B12 vitamini çatışmadıqda nə baş verir? - B12 ilə zəngin qidalar...
Orqanizmdə B12 vitamini çatışmadıqda nələr baş verir?
B 6 vitamini nə işə yarayır? - Hansı qidalarda var?
Orqanizmdə vitamin C-nin çox olması hansı fəsadlar törədir?