Uşaqların da hazırlamaqdan zövq alacağı portağallı peçenye


Həftə sonu uşaqlarınızla birlikdə hazırlayacağınız peçenye reseptinə necə baxırsız?

usaqlarin-da-hazirlamaqdan-zovq-alacagi-portagalli-pecenye
24.05.2022 18:42 1 dəq oxuma

TurpKimi.com uşaqların da sevəcəyi və hazırlamaqdan zövq alacağı qurabiyə reseptini təqdim edir:

Ərzaqlar

1 ədəd yumurta
1 ədəd yumurtanın ağı
1,5 su stəkanı şəkər tozu
125 qr əridilmiş kərə yağı
½ su stəkanı qatıq
½ su stəkanı portağal suyu
1 ədəd portağalın rəndələnmiş qabığı 
1 paket qabartma tozu
5 su stəkanı un

Üstü  üçün;

1 ədəd yumurta sarısı

Şəkər tozu

Hazırlanması:

Otaq temperaturunda yumşalmış kərə yağını dərin bir qaba qoyun.  Şəkər tozu, qatıq, portağal suyu və rəndələnmiş portağal qabığını əlavə edib çırpın. Yumurtanın ağı və yumurtanı əlavə edib təkrar çırpın. Qabartma tozunu  unla qarışdırıb  az-az əlavə edərək yoğurmağa başlayın.

Hamar bir tərkib alınacaq. Xəmirdən  istədiyiniz ölçülərdə peçenye hazırlayın,  yağlı kağız sərdiyiniz soba nimçəsinə qoyun. 

Üzərinə yumurta sarısı sürtüb şəkər tozu səpin və əvvəlcədən isidilmiş 175°C sobada təxminən 15 dəqiqə üzəri qızarana qədər bişirin.

Bişirdiyiniz peçenyelər soyuduqdan sonra qurumasın deyə bir qaba qoyun. Qabın içinə bir dilim alma qoysaz peçenyelər təravətli və yumşaq qalacaq. 

Nuş olsun!

Vüsalə Əlövsətqızı, TurpKimi.com

11-03-2022