Otaqda rütubətə nəzarət edin...
Uşağın qida rasionuna göz sağlamlığı üçün faydalı vitamin və mikroelementlər olan meyvə-tərəvəz, göyərti, qoz-fındıq və balıq əlavə etməklə görmə pozğunluğunun qarşısını almaq olar.
Bundan əlavə, uşaqlara oxuyarkən və yazarkən düzgün duruş qaydasını öyrətmək vacibdir. Həkim masanın üstünə 35-40 sm-dən aşağı əyilmənin görmə qabiliyyətinə zərərli olduğunu, monitorla olan məsafənin isə 60-80 sm olmasını bildirib.
Bundan başqa, mütəxəssis otağın mütəmadi olaraq havalandırılmasını və otaqda rütubətə nəzarət etməyi tövsiyə edib.
Uşaq üç yaşından etibarən mütəmadi olaraq göz həkiminə aparılmalıdır.
Kompüterdə işləyərkən gözlərinizi rahatlamaq üçün hər yarım saatdan bir fasilə vermək və 5-7 dəqiqə uzaq məsafəyə (park, yaşıllıq) baxmaq lazımdır. Bu yolla gözlər dincəlir və spazm aradan qaldırılır.
Mənbə: News.ru
Firuzə Alimova / TurpKimi.com