3 il davam edən araşdırmanın nəticəsi alimləri narahat edib.
Almaniyada uşaq və yeniyetmələrin orqanizmində plastik maddələrin 11 növünü aşkar ediblər.
TurpKimi.com xəbər verir ki, bu barədə məlumatı nüfuzlu “Der Spiegel” nəşri yayıb.
Robert Koxa İnstitutunun Ətraf Mühit və Plastik Materialların Tədqiqat Agentliyini 3 il – 2014-cü ildən 2017-ci ilə qədər apardığı tədqiqatda yaşı 3-dən 17-ə qədər olan 2 min 500 uşaq iştirak edib.
Məlumatda qeyd olunur ki, alimlər bu müddət ərzində uşaqların sidik nümunələrini analiz ediblər. Analizlərin nəticəsinə əsasən, uşaqların 97-100 faiziniin orqanizmlərində müxtəlif plastik maddələrin qalıqları aşkar edilib.
Sidikdə aşkarlanan həmin maddələr gündəlik məişətdə istifadə olunan plastik qabların tərkibi ilə uyğun gəlib. Həmin maddələr uşaqların orqanizminə adətən, oyuncaqlar və içməli su vasitəsilə daxil olur.
Araşdırma müəlliflərindən Marike Kolossa-Qerinq analiz nümunələrində əvvəllər qadağan olunmuş kimyəvi maddələrin qalıqlarının tapıldığını da vurğulayıb.
Bundan ən çox əziyyət çəkənlər məhz azyaşlı uşaqlardır. Maraqlısı budur ki, alimlər insanın mədə-bağırsaq sisteminə hər il 73 min kiçik plastik maddənin daxil olduğunu müəyyənləşdiriblər.
Firuzə Alimova / TurpKimi.com