Uşağın özünə inanması üçün ilk olaraq...
Bir uşaq bacarıqsızdırsa, adətən səy göstərmədiyi üçün ailə tərəfindən günahlandırılır. Ancaq uşağın uğur qazanmasına ailənin düzgün yanaşması və dəstəyi böyük əhəmiyyət daşıyır.
TurpKimi.com bildirir ki, övladınızın bacarıqsız olduğunu vurğulamaqla onun irəli getməsini gözləməyin. Sizin gözləntiləriniz övladınızı həm fikrə salar, həm də bacarıqsız olduğu haqda düşüncələrini gücləndirər.
Mənfilərini deməklə uşağınızın səhvlərindən dərs çıxarması üçün müraciət etdiyiniz bir üsul kimi görünə bilər. Lakin alçaldaraq, təhqir edərək və ya kiminləsə müqayisə edərək heç bir uşaq özünə güvənə bilməz və heç vaxt uğur qazanacağına inanmaz. Buna inanması üçün ilk əvvəl ana və atasının buna inanması lazımdır.
Bəs bu günə qədər övladınıza dediyiniz sözlər onun uğur qazanmasına həqiqətən yaxşı yöndə təsir etdimi? Əksinə, siz də bilirsiniz ki, heç bir işə yaramayıb. Övladınız həvəsiz, kefsiz və üzgün bir halda sizdən daha da uzaqlaşmağa başlayıb.
Onu hər şeyi edə biləcəyinə inandırın
O zaman övladınızın müsbət özəlliklərini vurğulayaraq, ondakı əhval-ruhiyyəni qaldırın. Onu ruhlandıracaq “bacara bilərsən, qazana bilərsən, edə bilərsən” kimi ona məxsus motivə edən sözlər deyərək onların özgüvənlərini gücləndirin. Gözəl sözlərlə, ondakı bacarıqla övladınızı cəsarətləndirin. Başda siz olmaqla ona inanın, istəyərsə hər şey edə biləcəyinə onu inandırın.
Amma hər şeydən əvvəl 2 şeyə diqqət edin: birincisi, hər hansı işə övladınızın çətinlik çəkdiyi şeylərlə deyil, bacardıqlarıyla başlayın ki, uşaq ilk əvvəl işin öhdəsindən gələ bildiyini görsün. İkincisi, övladınızdan pillə-pillə bacardığından bir qədər artığını istəyin ki, müəyyən müddətdən sonra özünü inkişaf etdirə bilsin.
Yazılıb: 06.04.2021
Firuzə Alimova / TurpKimi.com