TikTok, Snapchat, YouTube, Instagram
Sosial media artıq həyatımızın imtina edə biməyəcəyimiz bir hissəsinə çevrilib. Bu yaxınlarda aparılan araşdırmalara görə, sosial mediadan istifadə artıq 7 yaşlı uşaqlara qədər enib. Böyüklər bu vəziyyəti idarə etmək istəsələr də nə edəcəklərini bilmirlər. TurpKimi.com olaraq bu çarəsizliyi yaşayan böyüklər üçün İstiqamətləndirici məlumat bazası hazırladıq.
İctimai medianın gənclərə olan mənfi təsirləri uzun zamandır ki, gündəmdədir. 2021-ci ilin sentyabr ayında "Wall Street Journal" qəzetində çap olunan və bütün dünyada yayılan "Facebook Faylları" Xəbər filmi də keçmişdə ailələr və psixoloqları narahat edən bu məsələni kino səviyyəsində işıqlandırdı.
Xüsusilə Instagramın yetkinlik dövründə olan qızların psixologiyasına verdiyi zərər daha da gün işığına çıxdı. Müzakirələr əsasən 12-17 yaş qrupu gəncləri əhatə edib. Bu günlərdə ABŞ-da olan Miçiqan Universitetində aparılan bir araşdırma ağıllı telefon və tabletlər üzərindən Sosial Media tətbiqlərinin istifadəsinin 7 yaşa qədər endiyini göstərdi.
"Vaşinqton Post"un yaydığı xəbərdə ABŞ daxilində 7-12 yaş arası ən az bir uşağı olan 1030 valideyn arasında aparılan sorğunun nəticələrinə görə, 7-9 yaş qrupu uşaqların üçdə biri, 10-12 yaş qrupu uşaqların isə yarısı sosial media tətbiqlərindən istifadə etdiyi haqda məlumat verilir.
BƏZİ VALİDEYNLƏR UŞAĞINA NECƏ NƏZARƏT EDƏCƏYİNİ BİLMİR
Valideynlərin əksəriyyəti uşaqlarının sosial mediadakı fəaliyyətlərinə bu və ya digər şəkildə nəzarət etdiklərini söyləyir. Ən məşhur idarə mexanizmləri isə bəzi saytların blok edilməsi və yeni dost əlavə etmək üçün valideyn təsdiqinin lazım olması, ya da istifadə müddətlərinin məhdudlaşdırılmasıdır.
Lakin hər 6 valideyndən biri heç bir tətbiqi idarə etmir. O valideynlər tərəfindən bunun səbəbləri isə belə açıqlanır:
-- Nəzarət etmək üçün yetərli məlumata sahib deyiləm.
-- Uşağımın sosial mediada etdiklərini izləyəcək zamanım yoxdur.
-- Valideynlərin tənzimləmə mexanizmlərindən istifadə etməsi mənasızdır, çünki uşaqlar bu mexanizmlərdən də çıxış yolunu bilirlər.
Ancaq valideynlər sosial medianın çox kiçik uşaqlar tərəfindən istifadə edilməsinin yaratdığı risklərin də fərqindədirlər. İştirakçıların 60-70 faizinə görə bu risklər:
-- Özəl, yəni şəxsi məlumatların paylaşılması.
-- Uşaq üçün uyğun olmayan bilgilərə məruz qalmaq.
-- İnternet ovçularına yem olmaq.
-- İnternetdə qarşılaşdıqları məlumatların doğru, yoxsa səhv olduğunu seçə bilməmək.
Araşdırmanı aparanlar isə valideynlərə tövsiyə edir k, heç olmasa uşaq böyüyənədək təhlükəsizlik mexanizmlərinin vasitəsilə uşağa nəzarət etmək mümkündür.
Bu araşdırma ABŞ-dan 1030 valideyn arasında aparılsa da məlum olur ki, bu vəziyyətdə olan ailələr çoxdur. Ən pisi də odur ki, valideynlər necə nəzarət edəcəklərini bilmirlər.
Əslində bir çox tətbiqin içərisində Valideyn nəzarəti (Ebeveyn Kontrolü) adlı seçim paneli var. Xüsusilə gənclər arasında məşhur olan TikTok, Instagram, YouTube və Snapchat-da bağlanmadığı müddətdə valideynlərin nəzarət mexanizmindən istifadə etmək imkanı var.
Amma bir şeyi də unutmamaq lazımdır. Bu qorumaların heç biri 100 faiz kifayət etmir. Bəzən isə uşaqlar bu maneləri asanlıqla aşırlar. Bəzən də tətbiqin özü tərəfindən təklif edilən “Kəşf et” paylaşımları yayımlanır.
Miçiqan Universitetinin mütəxəssisləri valideynlərə xəbərdarlıq edərək bildirib ki, uşaqlar təhlükəsizlik məsələlərinə dair xəbərlərdən məlumatlı olmalıdırlar. Uşaq arasında şəffaf bir dialoq qurulması əsas şərtlərdən biridir. Buna görə də müəyyən tənzimləmələri etməzdən əvvəl internet təhlükəsizliyi və rəqəmsal dünyada olan sərhədləri və şəxsi məlumatların qorunmasına dair olan bilgiləri uşağa başa düşəcəyi bir tərzdə izah etmək lazımdır.
13-15 yaş ve 16-17 yaş qrupları üçün də başqa təhlükəsizlik səviyyələri var. Təbii ki, uşaqlar yaşlarını qeyd etmək mövzusunda dürüst olmalıdırlar. Uşağın 12 yaşda olub 18 yaş qeyd etməsi TikToku bağlamır.
Google-nin yeni siyasət proqramında 18 yaşlı uşaqlar və onların valideynləri və ya qəyyumları internet üzərindən bir forma dolduraraq müxtəlif fotoşəkillərin Google Şəkillər səhifəsindən götürülməsini tələb edə bilər. Burada bir şeyi yaddan çıxartmayın. Fotoşəkillər yalnız axtarış nəticələrində görsədilmir,, olduqları internet saytlarında isə qalır.
İnternetdə uşağınıza dair istəmədiyiniz bir fotoşəkil paylaşımının olub-olmadığını görmək üçün əvvəlcə Google axtarış çubuğuna adını və soyadını tam olaraq yazın. Açılan nəticələr səhifəsində Şəkillər bölməsinə keçin.
Əgər sizin və ya uşağınızın görmək istəmədiyi şəkillə qarşılaşsanız fotoşəkilin linkini, axtarış nəticələri səhifəsinin linkini və ekran görüntüsünü çəkin. Daha sonra bunları Fərdi Məlumatlarınızın Google-dən Qaldırılmasını İstəyin səhifəsi üzərindən Google-yə bildiriş göndərin.
TikTok
TikTok tətbiqi valideynlərə öz hesablarını uşaqlarının hesablarına bağlama icazəsi verir. Hesabları bağlı olan valideynlər üçün tətbiqin içində gündəlik istifadə müddəti, uşaqların xüsusi mesaj almasını və göndərməsini məhdudlaşdırma, hesabın hər kəsə açıq ya da gizli olduğunu təyin etmə, gənclərin paylaşmalarına şərh edə biləcək kəsləri məhdudlaşdırma və gənclərin axtarış çubuğundan istifadə edib-edə bilməyəcəyini təyin etmə variantları var.
İstəsəniz uşağınıza tətbiqin istifadəsində daha çox avtonomluq da təmin edə bilər və bu məhdudlaşdırmaları birlikdə təyin edə bilərsiniz. Çünki bu idarələrin çoxu uşaqların öz hesablarında da var.
TikToku ilk yüklədiyinizdə təyin olunan təhlükəsizlik nizamlanmaları isə yaşa görə dəyişir. 13 yaşdan aşağı olan uşaqlar Gənc İstifadəçilər Üçün TikTok sahəsinə göndərilir. Burada qarşılarına xüsusi məzmunlar çıxır. Paylaşma, mesajlaşma və şərh yazma variantları isə bağlı olur.
Gizlilik və təhlükəsizlik tənzimləmələrini görmək üçün əvvəlcə tətbiqin sağ alt küncündəki profil ikonuna toxunun. Sonra sağ üst küncdə olan və alt-alta üç xəttlə işarələnilən Menyu sahəsinə girin. Gizlilik bölməsinə gəlib burada Xüsusi Hesab idarəsini sağa sürüşdürün. (Xüsusi hesabdan paylaşılan videolar yalnız izləməsinə icazə verilən təqibçilər tərəfindən görülə bilər.) 16 yaşından kiçik hər kəs üçün Xüsusi Hesab idarəsinin açıq olması lazımdır.
Sonra bunun altında olan Hesabınızı Başqalarına Təklif bəndinə girin. Buradan profilin kimə təklif edilib-edilməyəcəyini seçə bilərsiniz. Bütün bölmələri bağladığınız nöqtədə hesabınızın sizin izlədiyiniz kəslərə təklif edilməsi davam edir.
Gizlilikdən sonra Təhlükəsizlik bölməsində də paylaşdığınız videoları kimin endirə biləcəyini, videolarınıza kimlərin şərh yaza biləcəyi, TikTokda izlədiyiniz hesabların kimin görə biləcəyini, kimin paylaşdığınız videoları öz videolarına daxil edə biləcəyini və kimin bəyəndiyiniz videoları gördüyünü təyin edəcək nizamları edin. Bu sahədə ayrıca fərdi mesaj göndərməyə də maneə ola bilərsiniz.
Əgər səhifənin ən üstündə solda olan geriyə doğru ox ikonuna toxunsanız yenidən Tənzimləmələr (Ayarlar, Settings) və Gizlilik səhifəsinə dönə bilərsiniz. Burada Məzmun & Fəaliyyət bölməsinin altında yuxarıda bəhs etdiyimiz valideynlər-uşaq hesab məzmunu variantını tapa bilərsiniz. Buna əlavə olaraq Digital Rifah variantının altında da tətbiqin Məhdud Rejim nizamını açaraq "bəzi izləyicilər üçün uyğun olmayan məzmunun" nümayişini məhdudlaşdıra bilərsiniz.
Facebook-un sahib olduğu foto paylaşma tətbiqi Instagram 18 yaşdan aşağı istifadəçilər üçün bəzi təhlükəsizlik xüsusiyyətləri təqdim edir.
Məsələn, kənar, yad istifadəçilər onları izləməyən 18 yaşdan aşağı istifadəçilərə birbaşa mesaj göndərə bilmir. 16 yaşdan aşağı qrupda hesablar avtomatik gizli hesab olur. Beləcə yad istifadəçilərin bu hesabları əlavə edə bilməsi üçün o adamın təsdiq etməsi lazımdır.
Əgər bir hesabı gizlətmək istəyirsinizsə, əvvəlcə Instagram tətbiqini açın. Sağ alt küncdə olan kiçik insan ikonuna toxunun. Sonra sağ üst küncdə alt-alta üç xətt simvoluna toxunaraq Menyunu açın. Açılan siyahıda ən üstdə olan
Tənzimləmələrə toxunun. Sonradan Gizlilik bölməsindən Gizli Hesab bölməsini sağa sürüşdürərək açın.
Yeniyetmələrin açıq-saçıq görüntü, qeyri-etik məlumat, şiddət, narkotik maddə kimi "həssas" məzmunları görüb-görməyəcəyi də valideynlər tərəfindən nizamlana bilir. Bunun üçün yuxarıda ifadə etdiyimiz şəkildə Menyuya girdikdən sonra Tənzimləmələrr --> Hesab --> Həssas Məzmun İdarəsi seçərək Daha da Çox Məhdudlaşdır bəndini aça bilərsiniz. (18 yaşdan kiçik istifadəçilər üçün həssas məzmun idarəsi sahəsində İcazə ver variantı çıxmamalıdır.)
Qeyd: Instagramın həssas məzmun bölməsi və bu tənzimləmələrlə məhdudlaşdırılan məzmunlar ciddi bir müzakirə mövzusuna çevrilmişdir. Keçmişdə müxtəlif sənət əsərlərinin, tabloların, film afişalarının, hətta bədən şəkili mesajı verən bəzi fotoşəkillərin həssas məzmun filtirinə ilişib göstərilməməsi reaksiyalara da səbəb olmuşdu.
Snapchat
18 yaşdan aşağı şəxslərin Snapchat hesabları, gizli olur. Yəni uşağın Snapchat istifadəçi adını bilənlər, ya da ortaq yoldaşları olanlar xaricində yeni istifadəçilərin təqib üçün təsdiqlənməsi lazımdır. 18 yaşdan aşağı uşaqların dost siyahısı da gizli qalır.
Snapchatda yaş sərhədi olmadan hər kəs, yalnız dost olaraq qəbul etdikləri kəslərdən birbaşa mesaj ala bilir. Bu il tətbiq istifadəçilərinə dost siyahılarını nəzərdən keçirib istəmədikləri kəsləri silmələrini tövsiyə edən müxtəlif elanlar göndərməyə də başlayıb.
YouTube
Google-nin video paylaşma tətbiqi YouTube 2021-ci ilin avqust ayında istifadə qaydalarını dəyişdirdi. Artıq 13-17 yaş qrupu istifadəçilər tərəfindən yüklənən videolar, yalnız birbaşa paylaşıldıqları təqdirdə göstərilə bilir; istifadəçinin profil səhifəsində, ya da axtarış nəticələrində çıxmır.
Tətbiq bir videonun qurtarmasından sonra dərhal bir başqa videoya keçməyi təmin edən avtomatik oynatma variantını da gənclərin hesablarından qaldırdı. Həm fərz edilən video gizliliyi, həm də avtomatik oynatma hesab məlumatları sahəsindən asanca dəyişdirilə bilər.
Digər tətbiqlərdə olduğu kimi, YouTube üçün də 13 yaşından kiçik istifadəçilərin valideyn və ya da qəyyum tərəfindən açılmadığı müddətcə tətbiqi istifadə etməsinə icazə verilmir. Ancaq şirkət 2015-ci ildə uşaqlar üçün YouTube Kids tətbiqini bazara buraxdı. Ayrıca bu ilin əvvəllərində də gənclər üçün irəli səviyyə məzmun məhdudlaşdırmaları həyata keçirildi.
Twitch
Twitch şirkətinin şərhinə görə 13 yaşdan aşağı və yuxarı istifadəçilərə canlı yayım etmək və başqa videolar təqdim etmək üçün inkişaf etdirilmiş bir tətbiqdir. Məzmununun əhəmiyyətli bir qismini oyun videoları təşkil edir.
Twitch-dəki videoların əksəriyyəti canlı yayımlandığından şirkətin video istehsalçılarının söylədiklərini və etdiklərini hər vaxt nəzarət etməsi mümkün olmur. Ancaq gənclərin canlı videolara şərh axışında istifadə edilən dili filtrləmələri mümkündür Bu filtrlərlə küfr, ədəbsizlik, ayrı-seçkilik və qəddarlıq ehtiva edən ifadələr azaldıla bilir. Ancaq avtomatik dil filtrlərinin hər vaxt işə yaramadığı da keçmişdə dəfələrlə sübut edilib.
Yenə də dil filtrini açmaq üçün (masa üstündə) hər hansı bir video axışına girib şərh qutusunun alt tərəfindəki dişli çarxa bənzər Tənzimləmələr ikonuna toxunmaq kifayətdir. Burada açılan menyudan ən üstdəki Söhbət Filtrləri bölməsinə keçib ən üstdəki xətti sağa sürüşdürərək filtrləri aktivləşdirin. Sonra Ayrı-seçkilik, Cinsi Məzmunlu Dil, qəddarlıq, söyüş variantlarını da ayrı-ayrı aktivləşdirə, ya da bağlaya bilərsiniz.
Twitch-dəki yad istifadəçilərdən gələcək birbaşa mesajları da önləyə bilərsiniz. Bunun üçün tətbiqin sol üst küncündəki profil ikonuna toxunun və Hesab Tnzimləmləri bölməsinə enin. Buradan Təhlükəsizlik və Gizlilik sahəsinə girib "Tanımadığınız istifadəçilərin "Pıçıltı" - mesaj göndərməsin maneə ol" bölməsini sağa sürüşdürərək aktivləşdirin. (Twitch xüsusi mesajlara "Pıçıltı" ya da İngiliscə adıyla "Whisper" deyilir)
Discord
Discord başda oyun həvəskarları olmaq üzrə onlayn aləmdə olduqca məşhur olan bir mesajlaşma tətbiqidir. Discord-un da gənclərin istifadə edə biləcəyi bəzi təhlükəsizlik tənzimləmələri var. Şirkət Discord istifadəçilərinin 13 yaşdan yuxarı olmasını deyir, ancaq tətbiq yaş meyarı kimi bəyanı əsas qəbul edir.
Bunun üçün ekranın sağ alt küncündən profil fotoşəkilinə basıb Gizlilik və Təhlükəsizlik böməsini açın. Sonra Etibarlı Birbaşa Mesajlaşma (Güvenli Direkt Mesajlaşma) başlığı altında "Məni təhlükəsiz tut" variantını işarələyin. Beləcə tətbiq göndərilən bütün birbaşa mesajlarda açıq-saçıq fotoşəkil yoxlaması edəcək.
Bunun altında birbaşa mesajların kimdən gələ biləcəyini təyin etməyə icazə verən sahə də var. "Server üzvlərindən gələn birbaşa mesajlara icazə ver" bölməsi bağlı olduqda təhlükəsizlik səviyyəsi artır. Son olaraq "Səni Kim Yoldaş Kimi Əlavə edə bilər" sahəsində də "Hər kəs", "Dostların Dostları" və "Server Üzvləri" variantları bağlanılaraq istənməyən dostluq təkliflərinə nəzarət etmək olar.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
28-01-2022