Uşaqlıq travmanız varmı? - TEST


Cəmi 10 SUALA cavab verməklə öyrənə bilərsiniz.

usaqliq-travmaniz-varmi
11.05.2023 16:27 1 dəq oxuma

İnsanlar üçün emosional travmalarını tanımaq və qəbul etmək çətin ola bilər. Sosial şəbəkələrdə məşhurlaşan pediatr Pete uşaqlıq travmaları ilə bağlı maraqlı açıqlama verib.

Həkim bildirib ki, cəmi 10 suala cavab verməklə uşaqlıqda psixoloji travma alıb-almadığınızı ayırd edə bilərsiniz.

Pediatrın sözügedən videosu insanlar tərəfindən böyük maraqla qarşılanıb və 7 milyondan çox izlənilib.

Həmin 10 sualı təqdim edirik:

1. Valideynləriniz və ya ailənizdəki böyüklər sizi tez-tez təhqir edib, alçaldıb və ya fiziki zərərdən qorxdublarmı?
2. Ailə üzvlərinizin sizi sevmədiyi haqqında düşünmüsünüzmü? Və yaxud ailəniz üçün önəmli olmadığınızı, heç kimin sizinlə maraqlanmadığını fikirləşmisinizmi?
3. Nə vaxtsa kifayət qədər yemək yeyə bilmədiyinizi, təmiz paltar geyə bilməyəcəyinizi və ya sizi qoruyacaq heç kimin olmadığını hiss etmisinizmi?
4. Ailənizdə depressiyaya düşmüş və ya psixi xəstəliyi olan biri olub mu?
5. Ailə üzvlərinizdən kim isə intihara cəhd edibmi?
6. Heç alkoqol problemi olan biri ilə yaşamısınızmı?
7. Ailənizdə kimsə sizə fiziki şiddət göstəribmi?
8. Sizə qarşı zorakılıq olubmu?
9. Valideynlərinizdən hansısa döyülüb və psixoloji şiddətə məruz qalıb, təhqir edilibmi?
10. Ailədə kimsə həbsdə olubmu?

Bu sualların əksəriyyətinə müsbət cavab verirsinizsə, deməli sizin uşaqlıq travmalarınız var. (medicalmedia.az)