ÜST-dən pandemiya ilə bağlı nikbin açıqlama


Bir həftədə 64 minə yaxın...

ust-den-pandemiya-ile-bagli-nikbin-aciqlama
21.06.2021 23:38 1 dəq oxuma

Dünyada koronavirusa yoluxma halları ardıcıl olaraq 8-ci həftədir azalır, ölümlə nəticələnən hallarda isə ardıcıl olaraq 7-ci həftədir azalma müşahidə olunur.

TurpKimi.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

Bunun yaxşı xəbərlər olduğunu qeyd edən Qebreyesus deyib ki, lakin yeni infeksiyalar və ölümlər hələ də yüksək səviyyədə olaraq qalır.

ÜST rəhbərinin sözlərinə görə, ötən həftə 2,5 milyondan çox yoluxma və 64 minə yaxın ölüm halı qeydə alınıb.

Axar.az / TurpKimi.com