Virus 114 ölkəyə yayılıb.
Ümumdünya Səhiyyə Təşkilatı( ÜST) yeni tip koronavirusu pandemiya elan edib.
TurpKimi.com bildirir ki, bu barədə qurumun baş katibi Tedros Adanom Gebreisus Cenevrədə keçirdiyi brifinqdə məlumat verib.
"Kroronavirus COVİD-19-un pandemiya olaraq dəyərləndirmək qənaətinə gəldik", - baş katib deyib. O xatırladıb ki, xəstəlik hazırda 114 ölkədə mövcuddur.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 122 235-ə çatıb. Bunların 66 993 nəfəri sağalıb, 4 391 nəfəri isə ölüb.