ÜST koronavirusun  adını dəyişdirdi - Peyvənd üçün TARİX


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) direktoru Tedros Adhanom Ghebreyesus Çində yayılan yeni tip koronavirusa  (2019-nCoV) "Covid-19" adının verildiyini açıqlayıb.

ust-koronavirusun-adini-deyisdirdi
11.02.2020 22:04 1 dəq oxuma

TurpKimi.com xəbər verir ki,   Ghebreyesus virusa qarşı hazırlanacaq ilk peyvəndin də 18 aya hazır olacağını deyib.

Təşkilatın Cenevrədəki mərkəzində təşkil olunan mətbuat konfransında qeyd edilib ki,  xəstəliyin adı "Covid-19"-dur.  "Coğrafi əraziyə,  heyvana,  fərdə və ya bir qrup insana aid olmayacaq, eyni zamanda tələffüzü asan və xəstəliklə əlaqəli bir ad tapmalıydıq."

Yeni ad gələcəkdəki bütün koronavirus epidemiyaları üçün standart bir format kimi istifadə ediləcək.

Bir gündə 108 adam həyatını itirdi

Çində yaranan yeni koronavirusda ölü sayı hər həftə  yeni bir rekord qırır. Bir gündə 108 adam bu xəstəliyin qurbanına çevrilib.

Virusdan ölənlərin sayı mini keçib.

Yeni tip koronavirusa isə 42 mindən çox  adam yoluxub.

Vüsalə Əlövsətqızı, TurpKimi.com