Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun laboratoriyada hazırlandığına və oradan yayıldığına dair iddialara münasibət bildirib.
TurpKimi.com xarici mediaya istinadla xəbər verir ki, ÜST açıqlamasında "Bütün dəlillər virusun heyvanlardan yayıldığını üzə çıxarır" deyə bildirib.
ABŞ-ın prezidenti Donald Tramp epidemiya ilə əlaqədar ilk şərhində Çin rəhbərliyinin epidemiya ilə mübarizəsini tərifləmişdi. Ancaq epidemiya ABŞ-da sürətlə yayılmağa başlayandan və iqtisadiyyatda ciddi problemlər meydana çıxandan sonra Tramp mart ayının ortasında verdiyi açıqlamada Covid-19-u "ÇİN VİRUSU" kimi xarakterizə etdi.
Amerika mediası Vuhandakı laboratoriyada lazımlı tədbirlərin alınmadığını və virusun kənara sızdırıldığına dair ABŞ Xarici İşlər Nazirliyinə yanvar ayında gizli məlumatın sızdırıldığından yazmışdı. Xarici işlər Naziri Mayk Pompeo kəşfiyyatla əlaqədar etdiyi şərhdə bunların virusun laboratoriyadan yayıldığında dair real dəlil olmadığını, ancaq diqqətə alınmalı olduğu haqda açıqlama verib.
ÜST yalanladı
ÜST isə iddialara cavab olaraq açıqlama yayaraq "Virus laboratoriyada hazırlanıb və kənara sızdırılıb" söz--söhbətlərinə son nöqtəni qoydu. Dünyanın ən böyük sağlamlıq təşkilatı ÜST bütün araşdırmaların virusun qaynağının heyvanlar olduğu nəticəsinə gəlib.
Vüsalə Əlövsətqızı, TurpKimi.com