Üşüyənlər üçün isidici qidalar


Elə hey üşüyürsüz? - Bu qidalar sizi isidəcək 

usuyenler-ucun-isidici-qidalar
13.12.2023 20:34 3 dəq oxuma

Qış aylarında bəzilərinin bədəni heç qızmır. Nə vaxt baxırsan "üşüyürəm" deyənlərə yəqin çox rast gəlmisiz. Üşümək elə yaz aylarında da davam edir.  Xüsusilə Boz ayda insan sümükdən üşüyür. 
 
 TurpKimi.com Türkiyə mətbuatına istinadən qidalanma və pəhriz üzrə mütəxəssis Sevil Nas Şanın tövsiyyəsilə soyuq aylar üçün bədən temperaturunu yüksək saxlayan qidaları təqdim edir. 
 
Xüsusilə havaların soyuması şirin və ya karbohidratla zəngin yeməklərə həvəsimizi artırır. Halbuki bunlar qanda şəkərin qəfldən yüksəlməsinə və daha çox yeməmimizə səbəb olur.  Yorğunluq və yuxu gətirir.  Sadəcə bir anlıq özümüzü yaxşı hiss etməyimizi təmin edir. Şirin və xəmir xörəklərinin yerinə bu məhsulları istehlak edərək həm enerjinizi yüksəldə, həm də bədən temperaturunu artıra bilərsiniz.
 
Bədən temperaturunu artıran 10 qida
 
Kök tərəvəzlər: Balqabaq, şirin kartof, yerkökü, kələm kimi kök tərəvəzləri həzm edərkən orqanizm daha çox enerjiyə ehtiyac duyur. Bu da bədən temperaturunu artırır.
 

 
 
Darçın: Darçın qanda şəkər səviyyəsini tarazlayır. Lif baxımından yüksək olan darçın bədən temperaturunu artırır, şirin yemək istəyini azaldır. Toz şəklində süd, qatıq kimi qidalarda çubuq darçını suya və ya çaylara əlavə edərdiniz.
 
Təzə zəncəfil: İmmuniteti gücləndirən zəncəfil bədən temperaturunu artıran qidaların önündə gəlir.

 

Havlıcan: Çin zəncəfili olan havlıcan bədən temperaturunu artırır. 1 stəkan isti suya, cökəyə və ya yaşıl çaya təxminən 1 çay qaşığı havlıcanı incə qırıb 5 dəqiqə saxlayıb için.

 
 

Qara istiot: Qara bibərdə olan istiot maddəsi sinir sistemimizi oyadaraq enerji istehlakını artırır. 
 
Sarıkök: İçindəki kurkumin maddəsi immunitet sistemini gücləndirir. Xərçənglə mübarizə aparmaqla yanaşı bədən temperaturumuzu yüksəldir.
 
Acı istiot: İçərisindəki kapsaisin metabolizmanı sürətləndirir və  bu səbəbdən də bədən temperaturunu artırır.
 
Cökə: Virusların səbəb olduğu xəstəliklərə qarşı qalxan olan cökə tərləməylə birlikdə bədən temperaturunu artırır.

 
 

Dəmirdən zəngin qidalar: Dəmir və mineral çatışmazlığının səbəb olduğu qan azlığı olanlar daha çox üşüyür. Qırmızı ət, doşab, qara kişmiş kimi dəmirdən zəngin qidalar anemiya problemini həll edir. Hər gün 2 xörək qaşığı doşab (qan şəkəri ilə bağlı problemimiz yoxsa), 2 yemək qaşığı qara kişmiş və gündə bir dəfə 120-150 qram qırmızı ət istehlakı faydalı olacaqdır.
 
Yaşıl çay: Güclü antioksidant olan yaşıl çayı gündə 3 fincan içərək həm metabolizma sürətini,  həm bədən temperaturumuzu artırmış olarıq. Paket istifadə etsək isti suda 1 dəqiqə; Dəmləmə şəklində edəcəyiksə, qaynar suda 5 dəqiqə dəm alması yetərlidir. 
 

 Nümunə olaraq qarışıq çay resepti
 
 Bir fincan yaşıl çaya və ya cökəyə; bir çubuq darçın, bir çay qaşığı rəndələnmiş təzə zəncəfil, yarım çay qaşığı istiot, bir çay qaşığı sarıkök, bir qabıqlı, dilim-dilim kəsilmiş limon qoyun. 10 dəqiqə gözlətdikdən sonra için. Bu qarışıqdan gündə 2 fincan içmək həm bədən istiliyinizi, həm də immuniteti artıracaqdır.

Vüsalə Əlövsətqızı, Turpkimi.com