Üz dərisini təmizləyən ağ gil maskası


Təbii gözəllik reseptlərindən istifadə etmək həm ekonomikdir, həm də asandır.

uz-derisini-temizleyen-ag-gil-maskasi
05.04.2022 18:43 1 dəq oxuma

TurpKimi.com təmizləyici gil maskası reseptlərini oxucuları ilə bölüşür:

Gil maskası torpağın faydalı mineral qatından, yanar dağların içindən çıxmış lavalardan olduğuna görə tərkibində bol miqdarda mineral var. 

Gilin rəngi ümumiyyətlə torpağın rəngindən asılıdır. Ona görə də gil maskaları  müəyyən qruplara ayrılır.  Bu gil maskaları yaşıl, çəhrayı, ağ, sarı ola bilər. Bu resepti isə ağ gil ilə hazırlayacayıq. 

Evdə asanlıqla hazırlayıb dərinizə tətbiq edəcəyiniz ağ gil maskası


Ləvazimatlar:

1 çay qaşığı küncüt yağı
1 çay qaşığı ərik yağı
1 çay qaşığı buğda yağı
1 çay qaşığı kök yağı
1 çay qaşığı jojoba yağı
1 çay qaşığı arı südü
1 çay qaşığı gül suyu
Lazım olduğu qədər ağ gil

Hazırlanması:

Bütün yağları və arı südünü qarışdırın.
Bir az qatı hala  gələnə qədər ağ gil tökün.
Gül suyu ilə qarışdırın.
Bir şüşə qaba qoyun.
Hər həftə bir çay qaşığı götürüb göz ətrafı istisna olmaqla üzünüzə yaxın. 
20 dəqiqədən sonra bol su ilə yuyun. 
Daha sonra dərinizə nəmləndirici krem sürtün. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com