Çatlamış dodaqlar nəyə işarədir?
Yumurtalıqlarda polikistozun simptomları, xroniki allergiya, infarkt, ekzema, qara ciyər və digər xəstəliklərin əlamətləri üzdəki dəyişikliklərdən anlaşılır.
İnsan bədəninin ən həssas bölgələrindən biri olan sifət əslində əksər xəstəlikləri ələ verə bilir. Belə ki, gözlərin altındakı torba və şişkinliklər, dəridəki solğunluq, qızartı və qabarıqlıq, tüklənmə ciddi bir xəstəliyin göstəricisi ola bilər.
TurpKimi.com üzdə gizli olan 8 xəstəliyi və göstəricilərini təqdim edir:
Qurumuş, çatlamış üz ya da dodaqlar...
Bu, susuzluğun göstəricisidir. Bundan başqa, tər vəzi funksiyalarına təsir edən ciddi bir problemə, hipotiroidə və ya diabetə səbəb ola bilər.
Üzdə hədsiz tüklənmə...
Dodağın üstü, çənə və altında rast gəlinən arzuolunmaz tüklər yumurtalıqlarda polikistozun (yumurtalıqlarda kiçik və xoşxassəli kistaların yaranması) sindromların göstəricisi ola bilər.
Göz qapaqlarında sarı, yumuşaq ləkə və ya nöqtələr...
Bu insanlarda ürək xəstəliyi riski daha çoxdur. 2011-ci ildə 13 min xəstə üzərində aparılan araşdırmaya görə, son 20 il ərzində müayinə edilən xəstələrin 4 faizində bu ləkələrin olduğu müşahidə edilib. Bu xəstələrin 70 faizində damar sərtləşməsi, 50 faizində isə infarkt riskinin daha çox olduğu aşkarlanıb.
Gözaltı torbası və şişliklər...
Yorğun görünən gözlər qan damarlarını genişləndirən və onların sızıntı etməsinə səbəb olan xroniki allergiyalar üçün təhlükə işarəsidir. Bu vəziyyət gözlərin altında həssas olan cilddə şişkinlik və tünd bənövşəyi-mayi halqaların yaranmasına yol açır.
Üzdə asimmetriya...
Bu, infarktın göstəricisi ola bilər. Bu halda danışmada da pozulmalar meydana gəlir. Bundan başqa, gülərkən sizdə bir sıxıntı və ya problem varsa, mütəq həkimə müraciət edin.
Solğun dəri...
Adi baxdığınız dəyişikliklər belə orqanizminizdə nəyinsə yalnış getdiyini göstərə bilir. Dəridəki solğunluq qan azlığının göstəricisidir. Dərinizin sarı rəngli olması isə qaraciyər xəsətəliyinə işarədir. Dodaqlarda və ya dırnaqlardakı mavi rəng isə ürək və ağciyər xəstəliyinin göstəricisidir.
Qızartı və qabarıqlıqlar...
Müəyyən sinir problemləri dərinizdə özünü göstərə bilər. Qaşıntılı qırmızı şişlər çölyak xəstəliyinin göstəricisi ola bilər. Almacıq sümüyü ilə burun sümüyünün üzərindəki kəpənək şəklindəki qızartılar isə lupus (dəri vərəmi) xəstəliyinə işarədir. Həmçinin allergiya, ekzema kimi xəsətliklər də özünü asanlıqla üzdə biruzə verir.
Firuzə Alimova / TurpKimi.com