Bahalı kremlərə qaçmayaq...
Qara nöqtələr əksəriyyətin ən çox rastlaşdığı problemlərdən biridir. Bəzən bahalı kremlər belə bu qara ləkə və nöqtələrin təmizlənməsinə kömək etmir. Bəs bu problemdən necə qurtulmaq olar?
TurpKimi.com bildirir ki, yaş, genetik faktor, yaxşı təmizlənməyən makiyaj sayəsində dəridə yaranan bakteriyalar, havadakı çirklənmə, tərləmə və yağlı dəri üzdə qara nöqtə və ləkələrin yaranmasına səbəb olur.
Soda və su
Soda dərini təmizləmək xüsusiyyətinə malikdir. Dərini çirkdən, yağ və ölü hüceyrələrdən təmizləyir. 2 xörək qaşığı sodanı su ilə qarışdırıb qara nöqtələrin olduğu yerlərə sürtün. Daha sonra üzünüzü ilıq su ilə yuyun, ardınca nəmləndirici krem vurun. Bunu həftədə 2-3 dəfə etmək olar.
Yaşıl çay
Antioksidantla zəngin olan yaşıl çay dəri üçün son dərəcə faydalı içkidir. Yaşıl çay paketini isladıb üzünüzə qoya və ya suyunu 2-3 dəqiqə masaj edərək üzünüzə tətbiq edə bilərsiniz. Daha sonra üzünüzü ilıq su ilə yuyun.
Limon, bal və qara şəkər tozu
Qara şəkər tozunu bal və limonla qarışdırmaqla mükəmməl pilinq əldə edə bilərsiniz. Bu qarışım üçün bir xörək qaşığı qara şəkər tozu, iki xörək qaşığı limon suyu və bir xörək qaşığı bal qarışdırmaq lazımdır. Əldə etdiyiniz qarışımı dairəvi hərəkətlərlə üzə çəkin. Daha sonra yuyub gözləyib.
Firuzə Alimova / TurpKimi.com