Uşaqların böyüməsinə xüsusi təsiri var.
Dünyanın əksər yerində insanlar hər ötən gün ev heyvanlarına xüsusi maraq göstərir. Ev heyvanları arasında balığa həvəsi olanlar da az deyil. Çünki bu su heyvanları evdə xüsusi sakit və psixoloji mühit yaradır, rahatlıq verir və insanları problemlərdən yayındırır.
TurpKimi.com bildirir ki, “Jivoy uqolok” jurnalında dərc edilən məlumata görə səssiz-səmirsiz olan balıqları 2 xüsusiyyətə malik insanlar seçir. Biricisi aktiv, emossional və temperamentli insanlardır ki, onlar sakitcə üzən balıqlara baxdıqca sakitləşirlər. İkinci qrupa məxsus olanlar isə orijinal və bir qədər qeyri-adi düşüncə tərzinə malik insanlardır.
Hansı insan qrupuna aid olmanıza baxmayaraq, unutmayın ki, balıqlar uğurun, inkişafın və zənginliyin rəmzidir.
Üzərək müalicə edirlər...
Balıqların müalicəvi effekti neyrodermatit, bronxial astma, soyuqdəymə, stenokardiya, isterika, epilepsiya, və alzheimer kimi xəstəliklərə müsbət təsir edir. Hətta alzheimer xəstəliyindən əziyyət çəkən insanların palatasına balıqların üzdüyü akvarium qoyulur. Bir müddət sonra xəstələrin iştahı artır və əhval-ruhiyyəsi yaxşılaşır. Ətrafdakı insanları normal qarşılayaraq daha az aqressiv olurlar.
Gözəl və sakitcə üzən balıqlara baxmaq qanaxmaya meyilli olan insanlara faydalıdır. Hətta qısa müddətə də olsa üzən balıqlara gözucu baxmaq sinir sisteminin sakitləşməsinə, stresin götürülməsinə, təzyiqin normallaşmasına, yuxusuzluqla mübarizəyə kömək edir. Hətta bir çox xəstələri mənfi fikirlərdən yayındırmaq üçün neyroloji xəstəxanaların və ya diş həkimlərinin qəbul otağında balıqların üzdüyü akvarium olur.
Adicə üzən balıqlara baxmaq insanın psixoloji əhval-ruhiyyəsinə çox təsir edir. Bununla bağlı insanlar arasında 3 qrupdan ibarət sınaq keçirilib. Belə ki, birinci qrupda olan insanlar akvariumda üzən balıqları canlı izləyib. İkinci qrupda olanlar videokasetdə olan balıqlara baxıb. Üçüncü qrupda olanlar isə videoçəkilişlə olan digər məzmuna baxıb. Bir həftə ərzində gündə 3 dəfə 8 dəqiqəlik seans keçirilib. Nəticədə balıqların üzməsini müşahidə edən ilk 2 qrupdakı insanlar rahat və sakitləşmiş olduqlarını bildiriblər. Bundan başqa, onlarda nəbzin tezliyi yavaşlayıb, əzələlərin gərginliyi və bədənin temperaturu isə inanılmaz dərəcədə aşağı düşüb.
Onu da qeyd edək ki, heç də bütün balıqlar insana eyni təsir etmir. Nadir rast gəlinən karpa koi balığı sakitlik və rahatlıq bəxş edir. Bundan başqa, balıq nə qədər yaşlı və kök olsa onun müalicəvi effekti daha güclü olur.
Ən maraqlı akvarium balıqlarından biri də fıl balığıdır. Müşahidələrə görə fil balığı intellektə malikdir və insanlarla ünsiyyəti sevir. İnsanlar akvariuma yaxınlaşarkən balıq ona doğru üzür, başını şüşəyə sıxır və əllə şüşəyə vurduqda isə ağzını açaraq onu tutmağa çalışır. Sahibinin vəziyyəti pisləşəndə isə balıq narahatlığını göstərməyə başlayır, öz hərəkətləri ilə bildirmək istəyir ki, sahibi sağlamlığı ilə məşğul olsun. Məsələn, təzyiqini ölçməli və ya ürəyini yoxlatmalıdır. Bu balıqlar həmçinin su anbarlarının təmizliyini yoxlaya, zəhərli olub-olmadığını müəyyən edə bilirlər. Təhlükə hiss etdikdə quyruğunun ucundan siqnal verməyə başlayırlar.
Balıqların evdə saxlanması...
Balıqlarınızın sizi daha da sevindirməsini istəyirsinizsə, evdə onlar üçün rahat şərait yaradılmalıdır. Əvvəlcə akvariumun qoyulması üçün münasib yer seçilməlidir. Yaxşı olar ki, akvarium pəncərədən bir qədər uzaqda yerləşdirilsin. Bunu da bilin ki, günəş şüalarına çox yaxın yerləşdirilən akvariumda yosunlar artmağa başlayır. Ona görə də bir qədər qaranlıq yer seçmək lazımdır. Balıqların soyuğa dözümü yoxdur. Bunun üçün onları küləyin və ya pəncərənin qarşısına qətiyyən qoymaq olmaz. Bəzi balıqlar gizlənməyi sevir, akvariumda onlar üçün süni yuva yarada və ya daşlar qoya bilərsiniz.
Balıqların xəsətəliklərə görə müalicə seansları:
-Yüksək təzyiq və stenokardiya xəstəliyindən əziyyət çəkənlərin hər gün 1 saat üzən balıqlara baxması məsləhətdir;
-Nevrasteniya, sədəf və epilepsiya xəstələri seans zamanı 1,5 saat baxmalı;
-Uşaqlara isə gündə 30-40 dəqiqə üzən balıqların quyruqlarına baxması kifayət edəcək. Uşaqların müalicəsi 7-18 seans, böyüklərdə 15-25 senans davam etməlidir.
Firuzə Alimova / TurpKimi.com