İngiltərədə aparılan araşdırma üzməyin iştah açmağına dair iddiaları təsdiqləyib.
Loughborough Universitetində işləyən idman üzrə alimlər hobbi kimi üzgüçülüklə məşğul olan və velosiped sürən 17 kişi və 15 qadından ibarət qrup üzərində araşdırma aparıb.
142 kalori daha çox istehlak edilir
TurpKimi.com xəbər verir ki, iştirakçıların 60 dəqiqə üzməkdən və 60 dəqiqə velosiped sürməkdən sonra nə qədər yedikləri qeyd edilib.
Üzgüçülükdən sonra insanların 142 kalori daha çox istehlak etdikləri müşahidə edilib. Bu da 25 qram paket çipsi və ya 2 biskvitə bərabərdir. Hər məşqin fərqli vaxtlarda və 4 günlük fasilə ilə edildiyi də qeyd edilib.
Üzərkən bədən daha çox istilik itirir
İşçi qrupun lideri Dr. Ceyms King qeyd edib ki, bədəndə istilik daha çox itdiyinə görə qida qəbulu da çoxalır. "Termogenez kimi adlandırılan bu müddətdə bədən istilik istehsal etmək üçün qidadan istifadə edir".
King bir başqa səbəbin beyin siqnallarında və sinir hüceyrələri arasında əlaqə yaradan kimyəvi elementlərdəki dəyişikliklərlə əlaqəli ola biləcəyini qeyd edib. "Ola bilsin ki, üzmək iştaha və yemə davranışlarına təsir edən beyindəki bu bölgələri xəbərdar edir ".
Vüsalə Əlövsətqızı, TurpKimi.com