Üzümdən mövsümündə və nizamlı olaraq istehlak etdikdə sağlamlığa faydaları çoxdur. Biz sizə üzümün ağlınıza gətirmədiyiniz faydaları haqda bilgi verəcəyik.
Xüsusilə beyin üzərində müsbət təsiri var.
Turpkimi.com mütəxəssislərin araşdırmalarına əsasən üzüm haqqında maraqlı bilgiləri oxucularla bölüşür.
Üzüm yaşla əlaqədar Alzheimer və Parkinson kimi beyin xəstəliklərinə yaxalanma riskini azalda bilir.
Xərçəng riskini də aşağı salır
Nizamlı və balanslı şəkildə üzüm istehlak etmək xərçəng hüceyrələrinin böyüməsinin qarşısını alır. Üzümün tərkibində olan əsas maddələr orqanizmi xərçəngə qarşı qoruyur.
Bədəndəki iltihabı azaldır.
Üzüm natrium baxımından aşağı, kalium baxımından isə zəngindir. Məhz bu xüsusiyyəti qan təzyiqinin ən uyğun şəkildə tarazlanmasını təmin edir və ürək xəstəliklərinə qarşı qoruyucu effekti yaradır.
Üzümdə olan K vitamini, kalsium, maqnezium və kalium kimi minerallar sümük sağlamlığına da müsbət təsir edir, yuxusuzluqdan əziyyət çəkənlərə yuxugətirici təsiri bağışlayır.
Vüsalə Əlövsətqızı, TurpKimi.com