Qısaboylu qadınların çoxunun ağlına "uzun görünmək üçün nə etməliyik?" kimi suallar tez-tez gəlir.
TurpKimi.com boyu qısa olan xanımların bu kompleksini aradan qaldıran 12 maddədə ipucu təqdim edir:
Mini paltarlarla ayaqlarınızın uzun görsənməsini təmin edin
Dizinizin üstündə geyəcəyiniz paltarlarla ayaqlarınız daha uzun görünəcək.
Bol paltarlardan qaçın
Üzərinizdə bir neçə bədən bol olan geyimlər sizi olduğunuzdan daha kök göstərir. Boyunuzun uzun görünməsini istəyirsinizsə, bədəninizə tam oturan geyimlərə üstünlük verməlisiniz.
Nazik kəmərlərlə paltarınıza rəng qatın
Qısaboylu qadınların üst tərəflərində ən çox diqqət yetirməli olduğu yerlərdən biri də beldir. Uzun görünmək üçün belin üstündə olan nazik kəmərlər taxın.
Bel nahiyəsi çox olan şalvar geyin
Yuxarı belli şalvarlar, ətəklər və ya şort ayaqlarınızı daha uzun göstərir ki, bu da təbii olaraq boyunuzun daha uzun görünməsini təmin edir.
Böyük çantadan istifadə etməyin
Qısaboylu qadınlar böyük həcmdə olan çantalardan istifadədən qaçmalıdırlar. Böyük çantalar görünüşünüzə bütövlükdə təsir etdiyindən sizi olduğunuzdan daha qısa göstərə bilər.
Paltarlarınızı dikdabanla tamamlayın
Çox yüksək olmasa da dabanlı ayaqqabılardan daha tez-tez istifadə edin.
Biləkdən bağlı ayaqqabılar geyməyin
Biləkdən bağlı ayaqqabılar ən uzun qadının da ayaq hissəsini olduğundan daha qısa göstərir. Bu səbəbdən boyunuz qısadırsa biləkdən bağlı ayaqqabıları seçməməlisiz.
Tək rəngə üstünlük verin
Paltarlarınızı seçərkən üzərində tək rəng olmasına diqqət edin. Beləcə, tam bir siluet forması yaratmış olarsınız. Əgər rənglilərdən istifadə etsəniz, diqqət dağılar və siluetiniz kəsilir.
Doğru şalvar seçiminə diqqət edin
Uzun görünmək üçün boru paça, ya da ispan paça şalvarlardan geyinə bilərsiniz.
Tünd rənli paltarları seçin
Qara və bənzəri rəng geyimlər sizi incə göstərdiyii kimi boyunuzu da olduğundan uzun göstərir.
Yaxanızın şəklinə diqqət edin
Qısa boylusunuzsa, xüsusilə U və ya V şəklində yaxası olanları seçin.
Şaquli xətlərə üstünlük verin
Paltarlarınızda xüsusilə şaquli, dik çizgili xətlər olmasına diqqət edin. Bildiyiniz kimi üfüqi çizgililer sizi ən enli göstərəcəyi kimi, şaquli xətli parçalar da boyunuzun daha uzun görünməsini təmin edir.
Vüsalə Əlövsətqızı, TurpKimi.com