Uzunömürlü yaponlar su ilə hansı xəstəlikləri müalicə edirlər?


Yaponların  istifadə etdiyi su ilə müalicə orqanizmi toksinlərdən təmizləyir,  arıqlamağa kömək edir və yüksək təzyiq, diyabet kimi xəstəlikləri xeyli yüngülləşdirir. 

uzunomurlu-yaponlar-su-ile-hansi-xestelikleri-mualice-edirler
22.12.2022 09:50 2 dəq oxuma

Dünya üzrə müqayisə eildikdə yaponlar uzunömürlüdürlər. Hazırda orta yaşama müddəti  84-dür. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən, yapon qadınlarının orta yaşama müddəti  87-dir. Əhalinin böyük bir qismi sağlam qocalma prosesi yaşayır. Məhz buna görə də onların qidalanma tərzləri başqa xalqların daha çox diqqətini cəlb edir. 

TurpKimi.com yaponların su diyeti kimi adlandırdıqları su ilə müalicə haqda maraqlı məlumatları oxucuları ilə bölüşür. 

Alman Bəslənmə Dərnəyi (DGE)  yaş qrupuna əsasən hər kəsin gündə təxminən 2-3 litr su içməli olduğunu  tövsiyə edir. Su orqanizmin sağlamlığı üçün çox önəmlidir. İnsan orqanizminin 50-80 faizi sudan ibarətdir.   

Uzaq Şərqin su diyeti çox asandır.  Hər gün  müəyyən  bir  saatda müəyyən miqdarda su içirsiniz. Yaponlar əsrlərdir bu üsuldan istifadə edirlər.  

Su diyetinin tətbiq qaydaları:

Səhər yuxudan duran kimi 4 stəkan ilıq  su içirsiniz.  Hər bir stəkanın ölçüsü təxminən  150 - 200 ml-dir. 

Nəticədə səhərlər qurtum-qurtum içdiyiniz suyun miqdarı 600-800 ml edir. 

Burda bir nüansa diqqət edin. Su soyuducudan istifadə edilməməlidir və ən azı otaq temperaturunda olmalıdır. 

Daha sonra dişləri fırçalayırsız və 45 dəqiqədən sonra qida qəbul edə bilərsiniz. 

Səhər yeməyindən sonra düz 2 saat maye qəbul etməməlisiniz. 

Gündəlik yemək payları arasında ən azı  2 saat heç nə yeyib içməməlisiz. 

Böyrəkləri qorumaq üçün bu müddət ərzində maye qəbul etməməlisiz. 


Yaponlar su ilə müalicənin tez bir zamanda nəticə verdiyinə inanırlar. Su diyetinin tətbiqindən 10 gün sonra qastrit və qəbizlik kimi problemlərdə yüngülləşmə hiss olunur.  Hətta ağrının tamamilə kəsdiyini deyirlər.  Yaponlar su diyeti ilə aşağıdakı xəstəlikləri müalicə edirlər:

menstrual sancılar
bronxit
İshal
baş ağrısı
mədə problemləri
diyabet
yüksək qan təzyiqi

Yapon mədəniyyətində yemək zamanı sudan istifadə edilmir. Suyu yeməkdən öncə içirlər. Restoranlarda, kafelərdə yeməyin yanında su təklif edilmir. 

Su əslində orqanizmi toksinlərdən təmizləyir. Gecə bədənin yenilənməsi tam sürətlə davam edir və səhər acqarına su içmək yığılmış toksinlərin xaric edilməsinə kömək edir.  Bədən özünü yeniləyir və tam enerjilə günə hazır olur. 

Su müalicəsilə qan dövranı və maddələr mübadiləsi sürətlənir. Bu, immunitet sistemini və sağlamlığı gücləndirir . Mədənizdəki ilıq su  bağırsaqları hərəkətə keçirdir, qəbizliyi və mədə qıcqırmasının qarşısını  alır.  Su , aclıq hissini azaldır və insanı tox tutur. Nəticədə artıq çəkilərdən azad olmaq üçün sizə dəstək olur.   

Yazılıb: 25.07.2022

Vüsalə Əlövsətqızı, TurpKimi.com