Üzünüzdəki qırışlar hansı duyğuların təsirindən yaranır? - Xəstəliklərin qırışığa yansıması


Yaş artdıqca dəridə qırışların yaranması normaldır. Üzünüzdə hansı xəttin ən dərin olması genetika ilə əlaqəli bir məsələdir. Ancaq duyğuların da rolunu unutmamaq lazımdır. 

uzunuzdeki-qirislar-hansi-duygularin-tesirinden-yaranir
07.06.2022 23:25 2 dəq oxuma

TurpKimi.com duyğuların və səhhətinizdəki bəzi problemlərin üzünüzə yansıması haqda maraqlı məlumatları oxucuları ilə bölüşür. 

Alın xətləri

Mütəxəssislərə görə alın xətləri keçmişdə yaşadığınız travmalarla əlaqələndirilə bilər. Qayğı, problem tez-tez qaşların qalxmasına səbəb olar. Həddindən artıq düşünməyə meyilli insanlarda bu cür üfüqi qırışlar yaranar. Tez-tez boynu ağrıyan və baş ağrısından əziyyət çəkənlərdə də alın xətləri yaranır.


Qaş çatma xətləri

Çox vaxt gözlərin arasında 2 dərin xətt dərin zehni işlə məşğul olan insanlarda yaranır. Mütəxəssislərin fikrincə, bu xətlər mənfi duyğularla əlaqəli deyil.

Güclü və çətinliklə karyera əldə edən qadınlarda bu cür qırışlar daha çox müşahidə edilir. Vəkillər, hakimlər və ya idarəçilər buna nümunə ola bilər. Qaş çatma  xətləri səbirsizlik və xəyal qırıqlığını, hətta xroniki ağrını göstərə bilər.
 

Qaz ayağı xətləri

Çox  gülən və çox güldüyü üçün xoşbəxt olan şəxslərin üzündə  qaz ayaqlarına oxşar xətləri  görə bilərsiniz. Ancaq çox dərinləşsə gərginlik və xəyal qırıqlığı ilə əlaqələndirilə bilər. Məsələn, tez-tez çətin qərarlar verən fərdlərlə ola bilər.

Dodaq xətləri

Üst dodaq xətləri siqaret çəkmə və ya qidalanma pozğunluğu  kimi pis vərdişləri işarə edə bilər.

Mütəxəssislər dünyada yaxşı bir şey görməyən insanlarda bunun kimi qırışların ola biləcəyini deyirlər. Bundan əlavə  şaquli dodaq xətləri pis qidalanmaya da işarədir.

Göz altı xətləri

Göz altı qırışları sizi daha çox yaşlı göstərər, bəzən insanlar necə görünmələrinin fərqində olmur.

Bu cür xətlər  uzun müddət dərin kədər hissi keçirənlərdə və kədərli olanlarda büruzə verir. Stresli həyat tərzi də göz altı xətlərinin yaranma səbəbi ola bilər. Övladı olmaq üçün mübarizə aparan insanlarda da bu qırışlar yaranır. 

Burun xətləri

Burun xətləri gülümsəməklə əlaqələndirilə bilər, ancaq dərinləşərsə həyati problemlər,  kədər və xəyal qırıqlığı ilə izah edilər.

Mütəxəssislər xroniki bağırsaq problemləri olanlarda çox sıx rast gəlindiyini deyirlər.  

Ağız və alt yanaq xətləri
Sallanan ağzı  və kədərli, iztirablı həyatı  olanlarda rast gəlinir. Qayğı problemləri olan şəxslərdə də müşahidə edilir.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

28-03-2022