Üzünüzü çirkli havanın təsirindən qoruyan - Maska


Sağlam dəriyə sahib olmaq üçün sağlam qidalanma və həyat tərzi bəzən kifayət etmir. 

uzunuzu-cirkli-havanin-tesirinden-qoruyan
02.11.2022 22:20 1 dəq oxuma

Bəzi ekoloji amillər də dərinin çirklənməsinə və qocalmasına səbəb ola bilir. Bunlardan biri də çirkli havadır. Böyük şəhərlərdə çirkli havalardan dərinizi qorumaq üçün xüsusi qulluq lazımdır. Məhz evdə asanlıqla pilinq maska hazırlaya bilərsiniz. 
 
TurpKimi.com mütəxəssislərin məsləhəti ilə təqdim edir:
 
 Ləvazimatlar:
 
1 yumurta ağı.
 
 
 
 Hazırlanması:
 

Yumurtanın sarısını ağından ayırın. Yumurtanın ağını yaxşıca çalın. Kağız dəsmalı yumurtanın ağına batırıb üzünüzə sürtün. 
 
 
 Qurumasını gözlədikdən sonra ehtiyatla soyun. Üzünüzü ilıq su ilə yuyun və nəmləndirici krem çəkin. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com

22-04-2021