Vaginal göbələyin evdə - BİTKİLƏRLƏ MÜALİCƏSİ


Evdə vaginal göbələk üçün hazırlanacaq vasitələr...

vaginal-gobeleyin-evde
24.06.2022 00:28 2 dəq oxuma

Qadınların tez-tez rastlaşdığı, genital bölgədə rast gəlinən göbələk xəstəliyi axıntının gəlməsi, sidiyə çıxarkən yanma, ağrı, qaşıntı kimi xüsusiyyətlərlə özünü göstərir. Ciddi xəstəlik sayılır və müalicə olunmadıqda orqanizmin digər yerlərində xoşagəlməz narahatlıqlara səbəb olur.

TurpKimi.com medium.com-a istinadla xəbər verir ki, göbələk artma xüsusiyyətinə malik olduğu üçün daha geniş sahələrə yayılır, hətta cütlüklər arasında bir-birinə keçə bilir. Yəni adətən qadınlarda meydana gələn vaginal göbələk xəstəliyi kişilərdə də görülməkdədir.

Lakin təqdim edəcəyimiz bitki mənşəli müalicə vasitələriylə qısa müddət ərzində sıxıntılarınızdan qurtula biləcəksiniz.

Hər şeydən əvvəl genital bölgənin təmizliyi və oradakı mikrobların yox edilməsi çox vacibdir. Belə ki, evdə vaginal göbələk üçün hazırlanacaq vasitələrdən biri:

SİRKƏLİ SU – 2 stəkan ilıq suya 1 stəkan üzüm və ya alma sirkəsi tökün. Yaxşıca qarışdırdıqdan sonra sirkəli su ilə gündə 2 dəfə vaginal bölgəni yuyun. Xüsusilə də göbələyin olduğu yeri yuyun. Sirkənin bakteriyaları öldürmə xüsusiyyəti sayəsində sağalma müddətiniz sürətlənəcək. Bununla yanaşı, sirkəli suya batırdığınız pambığı vaginanıza yerləşdirməklə daxildə meydana gələn göbələklərin yox olmasına şərait yaradacaqsınız.

QATIQ - Vaginal bölgədə yaranan zərərli bakteriyaların yox olmasını təmin edən digər bir üsul qatıqdır. Bunun üçün ilk olaraq çoxlu qatıq yeyin. Həmçinin gündə 2 dəfə qatığı göbələk olan nahiyyəyə sürtməkdə fayda var.

ÇOBANYASTIĞI -  Çobanyastığı çayını dəmləyib pambığı həmin çayda isladın. Gündə 2 dəfə göbələyin olduğu yerə təmas etdirin. Lakin çalışın digər yerlərə dəyməsin.

Firuzə Alimova / TurpKimi.com