Vaksin hazırlayan türkiyəli professor - “Omikron”dan qorxmağa ehtiyac yoxdur”


Yeni ştamm haqqında öyrənmək üçün iki həftə vaxt istəyib...

vaksin-hazirlayan-turkiyeli-professor
02.12.2021 15:53 1 dəq oxuma

Almaniyada koronavirusa qarşı vaksin hazırlayan türkiyəli professor Uğur Şahin “Omikron” ştammı haqqında açıqlama verib.

“Haber Global” məlumat verir ki, bu barədə o, jurnalistlərin suallarını cavablandıran zaman deyib.

“Yeni “Omikron” variantına görə qorxmağa ehtiyac yoxdur. Çaxnaşmaya ehtiyac yoxdur. Bu variantda çoxlu müxtəlif mutasiyaların olduğunu bilirik. Bilirik ki, vaksin bu varianta daha az təsir edir, amma eyni zamanda da, xəstəliyin ağır təsirlərindən qoruyur”, - deyə o bildirib.

Mütəxəssisin sözlərinə görə, iki həftə sonra “Omikron” variantı ilə bağlı ümumi məlumat topladıqda qəti bir nəticəyə gələ biləcəklər.

Oxu.az / TurpKimi.com