Vaksini kəşf edən türk alim - Hər gün kələm suyu için!


Türk alim sağlam həyat tərzinin sirrini bölüşüb...

vaksini-kesf-eden-turk-alim
16.12.2021 01:13 2 dəq oxuma

“BioNTech”in qurucusu Uğur Şahin və Özləm Türeci kələm suyunun faydalarından danışıb.

TurpKimi.com bildirir ki, koronavirus əleyhinə peyvəndin ixtiraçıları olan Uğur Şahin və Özləm Türeci sağlam həyat tərzləri ilə bağlı bəzi məqamları paylaşıblar. Türk cütlük tez-tez kələm suyu içdiklərini və bunu hər kəsə tövsiyyə etdiklərini bildiriblər. Qeyd ediblər ki, onlar kələm suyu üzərində araşdırma aparıblar və onun haqqında topladıqları məlumatlar çox faydalıdır.

Belə ki, kələm vitamin, mineral və xərçəng əleyhinə qida maddələri ilə zəngindir. Mədə xorası kimi xəstəliklərin başlıca dərmanıdır. Yüksək antioksidant tərkibi ilə qışda xəstələnməkdən qoruyur, xərçəngə qarşı güclü savaşçıdır, toksinləri bədəndən xaric edir.

Ağ kələmin çiy şəkildə salatını və ya suyunu hazırlayıb içmək olar. Sidikqovucudur, toksinləri xaric edir. Həftədə 2 gün yarpaqlarını isti suda pörtlədərək suyunu içməklə toksinləri atmaq mümkündür.

Kükürd tərkibi ilə immun sistemini gücləndirir, qastrir və xoraları sağaldır, həzmi yaxşılaşdırır.

Tərkibindəki beta-karoten oranizmdə göz salamlığına faydalı olan A vitamininə çevrilir.

Kalsium, kalium və maqneziumla zəngin olan ağ kələm sümük və əzələləri möhkəmləndirir.

Tərkibindəki kalium yüksək qan təzyiqinə qarşı müsbət təsir edir. Yüksək təzyiqin mənfi təsirlərinin və ürək damarlarının tıxanmasının qarşısını alaraq ürək xəstəliklərindən qoruyur.

Kələm suyu necə hazırlanır?

4 ədəd ağ kələmin yarpağı;

Yarım litr içməli su;

Yarım litr suyu qazanda qaynadın. Su qaynadıqdan sonra kələmin yarpaqlarını içinə atın. Az istilikdə 15 dəqiqə qazanın qapağı bağlı şəkildə bişirin. 15 dəqiqədən sonra yarpaqları çıxarın, suyu süzün və bir qabın içinə boşaldın. Gün ərzində 1-2 stəkan yeməkdən 1 saat əvvəl içmək məsləhətlidir. Qoxusuna görə içə bilməsəniz, üzərinə limon suyu sıxa bilərsiniz.

Firuzə Alimova / TurpKimi.com