Valideynlər doğulmadan uşağın cinsiyyətini seçə biləcəklər


Elmdə nüvə partlayışı...

valideynler-dogulmadan-usagin-cinsiyyetini-sece-bilecekler
04.09.2019 22:52 1 dəq oxuma

Hələ dünyaya gəlməmiş uşağın cinsiyyətini özəyi qoyulmazdan əvvəl müəyyən etmək olacaq.

TurpKimi.com  "sm-news.ru"ya istinadən xəbər verir ki, yeni kəşf “elmdə nüvə partlayışı” adlanır.

Bildiyimiz kimi embrionun cinsi yumurtanı mayalayan spermatozoiddəki X və Y xromosomu ilə təyin edilir. Yəni uşağın cinsiyyətini hansı spermatozoidin ilk olaraq yumurta hüceyrəsinə çatacağını ata müəyyən edəcək.

Təəssüf ki, bu gün cəmiyyətdə selektiv abort anlayışı mövcuddur. Bəzi ölkələrdə isə ultrasəs müayinəsi zamanı doğulmamış uşağın cinsiyyətini demək qadağandır.

Statistikaya görə, 2019-cu ildə dünyadakı 7,5 milyard insandan 49,6%-iinqadınlar, 50,4%-i kişilərdir. Lakin müxtəlif ölkələrdə qadınlarla kişilərin nisbəti fərqlidir. Məsələn, Hindistan, Çin, BƏƏ, Oman, Küveyt və Qətərdə kişilər, Rusiyada isə əksinə qadınlar çoxluq təşkil edir. Yeni kəşf selektiv abortların geniş yayıldığı ölkələrdə uşaqların cinsiyyətini müəyyən etmək üçün daha humanist seçim olacaq.

Hazırda uşağın cinsiyyətini seçməyin yalnız iki etibarlı yol var:

1 - Genetik diaqnoz üçün tibbi prosedurların aparılması;

2 – Qeyri-qanuni metod olan selektiv abortlar;

Əvvəlcə yeni kəşfin kənd təsərrüfatında tətbiq edilməsi planlaşdırılıb. Lakin mütəxəssislər etiraf edir ki, yenilik insanlar üzərində də istifadə edilə bilər.

Bu kimi kəşflər tibbə nə üçün lazımdır?

- Sinqapur, Çin, Hindistan, Tayland, Vyetnam və sair kimi ölkələrdə selektiv abortların sayını azaltmaq;

- Genital mutasiyanın olduğu cütlüklərin sağlam övlad sahibi olması üçün;

Firuzə Alimova / TurpKimi.com