Valideynlər məktəbdən gələn uşağı necə qarşılamalıdırlar?


Məktəbə getmək həm uşaq,  həm də valideynlər üçün həyəcanlı  ola bilər.

valideynler-mektebden-gelen-usagi-nece-qarsilamalidirlar
13.09.2024 21:51 2 dəq oxuma

Xüsusilə ilk dərs günü çox önəmlidir. Övladınız bağça həyatından daha böyük bir mühitə qədəm qoyur. Bu onu çox narahat edə bilər. 

Övladınızın məktəbdən evə gələndə xoşbəxt hiss etməsini təmin etmək sizin əlinizdədir. 

TurpKimi.com məktəb həyacanını övladı ilə ilk dəfə yaşayan valideynlər üçün kiçik bir  ipucu hazırlayıb. Övladınızı qucaqlayın və ya gülümsəyərək qarşılayın. Bu onun yorğunluğunu çıxardacaq. İlk günün gərginliyini üzərindən atmaq üçün ona kömək edin. Onu dinləyin,  anladığınızı hiss elətdirin, məktəb həyatına dəstək olun.

Məktəbdən evə gələn uşağınıza kiçik bir sürpriz də edə bilərsiniz. Onun ən sevdiyi şirniyyat və ya yeməyi hazırlayın. Dərsdən sonra onunla keyfiyyətli vaxt keçirdin. Sevdiyi filmi birlikdə izləyin, oyunlar oynayın və ya parka gedin. 

Uşağınızın məktəbdə göstərdiyi səyi təqdir etmək çox əhəmiyyətlidir. İlk günü müvəffəqiyyətlə tamamlamasını böyük bir uğur kimi qiymətləndirin və ona motivasiya edici sözlər deyin, təqdir edin.  Bu uşağınızın öz etibarını artıra bilər və onu məktəbə davam etmə mövzusunda motivasiya edə bilər.

Məktəbin ilk günü uşaq həyatında daha əvvəl heç sınaqdan keçirmədiyi mühitlə rastlaşır. Uşağınıza bu təcrübələri paylaşması üçün suallar verin.  "Ən çox nəyi sevdin?", "Yeni yoldaşların oldumu?" kimi suallarla, məktəbdə yaşadıqlarını izah etməsi üçün şərait yaradın.


Məktəbdə yaşadığı xatirələri şəkillə izah etməsini də təmin edə bilərsiniz. Birlikdə bir şəkil çəkmək və ya bir dəftər tutaraq məktəbdə yaşadıqlarını yazmaq, uşağınızın duyğularını ifadə etməsinə köməkçi ola bilər. 


Hər uşağın məktəbə adaptasiya olma müddəti fərqlidir. Bəzi uşaqlar evə şən dönərkən, bəziləri daha yorğun və ya narahat ola bilər. Uşağınızın duyğularına hörmət etmək və ona uyğunlaşması üçün  zaman vermək əhəmiyyətlidir.

Vüsalə Əlövsətqızı, TurpKimi.com